Icma.az
close
up
RU
Çin Rusiyanı Türkmənistandan sıxışdırır...

Çin Rusiyanı Türkmənistandan sıxışdırır...

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Aşqabad Çin silahlarının alışını artırır...

...Türkmənistan Çin silahlarının alışını artırmağa davam edir və Rusiya təchizatçılarından asılılığını tədricən azaldır.

Çin uzun müddət Rusiyanın təsir zonası hesab edilən Orta Asiyanın silah bazarındakı mövqeyini möhkəmləndirir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə South China Morning Post yazır.

Qeyd edək ki, 27 sentyabrda Aşqabadda keçirilən hərbi paradda ilk dəfə olaraq ən azı on Çin zenit sistemi FK-2000 ictimaiyyətə nümayiş etdirilib.

Sistem raketləri, iki 30 mm-lik topu, radar və optik-elektron sensorları birləşdirir.

O, təyyarələr, helikopterlər, dronlar və yüksək dəqiqlikli sursatlarla mübarizə aparmaq üçün nəzərdə tutulub.

FK-2000-dən əlavə, Türkmənistan Çin dronlarını, radar və elektron kəşfiyyat sistemlərini nümayiş etdirib.

Eyni zamanda, Çin silahları ölkənin arsenalında dünən deyil, çoxdan peyda olub.

2016-cı ildən bəri Aşqabad FM-90, KS-1A və FD-2000 komplekslərini, eləcə də Çin radarlarını nümayiş etdirib. Türkmənistan eyni vaxtda Türkiyə, İtaliya və İsraildən silah alır, ona görə də hələ Çin texnikasına tam keçid yoxdur. Lakin Rusiyanın regiondakı mövqeyi nəzərəçarpacaq dərəcədə zəifləyir.

Ukraynaya qarşı müharibə səbəbindən Rusiya müdafiə sənayesi ilk növbədə öz ordusunun ehtiyaclarını ödəmək məcburiyyətində qalır.

Hərbi ekspert Layl Qoldşteyn bildirib ki, "Rusiya diqqətini yayındırıb və üstəlik, olduqca yorğundur". Onun sözlərinə görə, Çin hərbi texnologiyalarının inkişafı Pekinə silah ixracı üçün yeni bazarlar açır.

Rusiyanın Ukraynaya qarşı müharibəsi nəinki onun müttəfiqlərinə silah tədarük etmək qabiliyyətini azaldır, həm də Çinin Orta Asiyada güclənməsi üçün yer yaradır.

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Oktyabr 2026 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri