Masallıda aqrar müşavirə
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Masallı rayonunda sitrus meyvəçiliyi, çayçılıq və çiyələk əkini ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş rayon müşavirəsi keçirilib.
Öncə müşavirə iştirakçıları sitrus meyvəçiliyi, çayçılıq və çiyələk məshullarından ibarət sərgi ilə tanış olublar. Sonra rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov tədbiri açaraq bildirib ki, ölkə iqtusadiyyatının mühüm qanadı olan aqrar sahə üzrə tədbirlər, fermerlərə göstərilən dövlət dəstəyi, müasir texnika ilə təchizat, subsidiya və güzəşt mexanizmlərinin tətbiqi kənd təsərrüfatının inkişafına mühüm təkan vermişdir.
Bu siyasətin davamı olaraq, cari il mayın 25-də Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında Sərəncam imzalamışdır.
Yeni Dövlət Proqramı qarşıdakı illərdə aqrar sahənin inkişafı üçün mühüm hədəflər müəyyən edir. Əsas məqsəd ölkədə ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsidir.
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev məruzəsində qeyd edib ki, Masallı rayonunda kənd təsərrüfatına yararlı 32 min 519 hektar torpaq sahəsi var və bunun üçdə-ikisi əkin torpaqları, qalanı isə suvarılan torpaqlardır. Rayonun torpaq-iqlim şəraiti çayçılığın, sitrus meyvəçiliyinin və digər bağçılıq sahələrinin inkişafı üçün əlverişli imkanlar yaradır. Məruzəçi əkin növləri və məhsuldarlıq barədə müşavirə iştirakçılarına geniş məlumat verib.
Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Akif Həmidov əhalinin və abonentlərin içməli su və kanalizasiya xidmətləri ilə təminatı, kənd təsərrüfatı bitkilərinin suvarmaya tələbatının ödənilməsi, eləcə də rayon ərazisində mövcud suvarma şəbəkələrinin istismarının təşkili və onlara nəzarətin həyata keçirilməsindən bəhs edib.
Qeyd olunub ki, rayonda əkin sahələrinin suvarmaya tələbatı Viləşçay su anbarı, Babaser su anbarı, sututarlar və artezian quyuları vasitəsilə qarşılanır. Suvarma suyunun itkisiz və maneəsiz şəkildə istifadəçilərə çatdırılmasından ötrü idarənin Xırmandalı, Həsənli, Köçəkli, Qarğalıq, Xıl, Göyəçöl, Boradigah, Babaser və digər kəndlərində olan suvarma kanallarında lildən təmizlənmə, sahilbərkitmə işləri görülmüş və hazırda da bu istiqamətdə işlərimiz davam etdirilir.
Aqroservis ASC-nin Masallı-Yardımlı rayon bölməsinin rəhbəri Hikmət Xəlilov qurumun mineral gübrələrə, texnikaya və onlara uyğun aqreqatlara olan tələbatın ödənilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib.
Sahibkar və fermerlərdən “Baba Bulağı” MMC-nin direktoru Zəmanə Babayeva-Cəfərzadə sitrus meyvəçiliyi və çayçılıq, “Hacıoğlu-2023” MMC-nin nümayəndəsi Allahyar Muradov çiyələkçilik üzrə görülən işlərdən danışıblar. Müşavirə işgüzar diskussiya şəraitində davam edib.
Əlihüseyn Şükürov, "Yeni həyat" qəzetinin baş redaktoru
Baxış sayı:112
Bu xəbər 22 Noyabr 2026 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















