Çin XİN: ABŞ ın Çin şirkətlərinə uçuş qadağası ikitərəfli mübadilələrə zərər verəcək
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Pekin, 15 oktyabr, AZƏRTAC
Birləşmiş Ştatların Çin aviaşirkətlərinin Rusiya hava məkanından keçməklə ABŞ-a və geriyə uçuşlarını məhdudlaşdırmaq üçün etdiyi hərəkətlər ikitərəfli mübadilələrə zərər verəcək.
AZƏRTAC xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Lin Cien Pekində müntəzəm keçirilən mətbuat brifinqində bildirib. "ABŞ-ın Çin aviaşirkətlərinin fəaliyyəti ilə bağlı məhdudiyyətləri həm iki ölkənin vətəndaşları arasında təmasların inkişafına mane olur, həm də ABŞ-ın öz maraqlarına zərər verir. Amerika ictimaiyyətinin əhəmiyyətli bir fikir ayrılığını ifadə etdiyini də gördük”, - deyən Çin XİN rəsmisi əlavə edib ki, aviaşirkətlərin qanuni hüquq və mənafelərini qorumaq səylərini hökumət dəstəkləyir.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ABŞ aviaşirkətləri Rusiyanın hava məkanından istifadə edə bilmir. Çin şirkətlərinin Rusiya hava məkanından istifadə edərək ABŞ-a uçuşları daha qısa müddətə, daha az yanacağa başa gəlməsi ABŞ şirkətlərinin narazılığına səbəb olub. ABŞ Nəqliyyat Nazirliyi bu vəziyyətin ədalətsiz olduğunu və Amerika hava daşıyıcıları üçün əhəmiyyətli dərəcədə mənfi rəqabət nəticələrinə səbəb olduğunu açıqlayıb. Qurum Çinin aviasiya şirkətlərinin Rusiya hava məkanından istifadə edərək ABŞ-a və əksinə uçuşlar həyata keçirməsinə qadağa tətbiq olunmasını təklif edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 15 Oktyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















