Icma.az
close
up
RU
Çində ay təqvimi ilə Yeni il başlayıb

Çində ay təqvimi ilə Yeni il başlayıb

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Şərq xalqlarının ay təqvimi ilə bu gün Yeni ilin ilk günüdür.

AZƏRTAC xəbər verir ki, Yeni ilin başlaması Şərqi Asiya ölkələrində, xüsusən də Çində böyük təmtəraqla qeyd olunur. Çində bu hadisə həm də yaz festivalı adlanır.

Çin xalqının tarixində ən qədim, məzmun baxımından ən zəngin və ən geniş təsirə malik ənənəvi bayramlarından biri olan Yaz festivalı bir neçə min ildir qeyd edilir. Çin zodiak sisteminə əsasən, bu il ilan ilidir. İlan qorxu və qəddarlığın rəmzi olsa da, insanlar elə də bədbin deyillər. Çünki Çin mədəniyyətində ilan həm də hakimiyyətin sevimli simvolu olan əjdaha ilə əlaqələndirilir, başqa sözlə “İlan ili” həm də “Kiçik əjdaha ili” adlandırılır. Çinlilərin ən əziz bayramı olan yaz festivalı bir çox ənənələri və ayinləri ilə də zəngindir. Bahar festivalı tarixi, mədəni irsi, həmçinin Çin sivilizasiyasının məğzini özündə ehtiva edir. İnsanlar köhnə illə vidalaşıb Yeni ili qarşılamaq üçün bir neçə gün əvvəldən hazırlığa başlayır, hədiyyələr alır, bayramın rəmzlərini əks etdirən suvenirlər hazırlayırlar. Yaz festivalında evlər, küçə və meydanlar, parklar kağızdan hazırlanmış qırmızı fənərlərlə bəzədilir, qapı və pəncərələr qırmızı rənglə boyadılır. Bayram günü qırmızı geyinmək də növbəti ildə uğurlara yol açır.

Yaz festivalı ilə əlaqədar bütün ölkəboyu şənliklər, mərasimlər təşkil olunur. Bu mərasimlərdə Çin tarixi, mədəniyyəti, fəlsəfəsi səhnələşdirilmiş şoular, milli musiqi, rəqslər vasitəsi ilə təqdim olunur. Budəfəki yaz festivalı xüsusilə əlamətdardır. Çünki bu ilki yaz festivalı həm də Çin Yeni ilinin UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilməsindən sonra ilk bayramdır.

Yaz festivalı 15 gün davam edir və həmin müddətdə süfrəyə qoyulan hər bir yeməyin öz mənası var. Adətə görə bayram süfrəsində boş yer olmamalıdır. Yeni il süfrəsində əsas xörək Çin düşbərəsidir. Bunun əsas səbəbi odur ki, Yeni il gecəsində bıçaqdan istifadə etmək olmaz. Yerli inanca görə, bıçaqdan istifadə edənlər, özü də bilmədən, bıçaqla öz xoşbəxtliyini zədələyə bilərlər. Düşbərəni isə bıçaqsız yemək olar.

Çinlilər bayram günlərində ailəcə süfrə arxasında toplaşmağa çox üstünlük verirlər. Ona görə bu bayram həm də ailə həmrəyliyi bayramı hesab olunur. Müxtəlif səbəblərdən ailəsindən, doğmalarından kənarda yaşayanlar, xüsusən də miqrant işçilər bu bayramda evlərinə baş çəkirlər. Çin Yeni ili bayramı dünyada ən böyük daxili səyahət dövrü hesab olunur. Səlahiyyətli qurumların proqnozlarına görə bayram günlərində ölkə daxilində ictimai və fərdi nəqliyyat vasitələri ilə 9 milyard səfər qeydə alınacaq. Bura turizm məqsədli səyahətlər də daxildir. Buna görə də ictimai nəqliyyata tələbat çoxalır. Əslində bayram səyahəti dövrü Yeni il günündən 15 gün əvvəl başlayır və təxminən 40 gün davam edir. Ölkədaxili səfərlərlə yanaşı xaricə səyahətlərdə də artır.

Qeyd edək ki, Çində bayram tətili rəsmi olaraq 8 gün olsa da, xüsusən özəl sektorda tətil bir aya yaxın davam edir. Ay təqvimi üzrə Yeni il Çin ilə yanaşı, Şərqi Asiyanın digər ölkələrində, o cümlədən Yaponiyada, Koreyada, Vyetnamda, Sinqapurda da böyük təmtəraqla qeyd olunur. Son illər yaz festivalının ən əlamətdar hadisələrindən bir də Çin Mərkəzi Televiziyasının (CCTV) bayram axşamı təşkil etdiyi qala konsertdir. 1983-cü ildən bəri təşkil olunan konsertdə tanınmış incəsənət ustaları və xaricdən dəvət olunan qonaqlar çıxış edirlər. Çin Mərkəzi Televiziyasının Yeni il qala konserti dünyada ən çox tamaşaçının izlədiyi televiziya proqramı hesab olunur. Söhbət televiziya və sosial media üzrə bir milyarddan çox tamaşaçıdan gedir.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Yanvar 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1166

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see355

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see340

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see339

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see338

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see331

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see293

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see269

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see239

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see211

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see203

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see200

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see183

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri