Icma.az
close
up
RU
Çingiz Qənizadə: “Yaxın günlərdə DTX tərəfindən daha yeni adların da açıqlanmasının şahidi olacağıq”

Çingiz Qənizadə: “Yaxın günlərdə DTX tərəfindən daha yeni adların da açıqlanmasının şahidi olacağıq”

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

“Dövlət və Vətən müqəddəs anlayışlardır. Dövlətə və Vətənə qarşı çıxanları xalq tarix boyu heç vaxt bağışlamayıb və bu gün də bağışlamır”.
Bunu Demokrat.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib. 
O deyib ki, ölkə gündəmi AXCP sədri Əli Kərimlinin və onun silahdaşlarının saxlanılması ilə bağlıdır:
“Cəmiyyətdə bu prosesin davamı və gözləntilər barədə geniş müzakirələr aparılır. İstintaqın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılması isə onu deməyə əsas verir ki, ortada ciddi məqamlar var. Ramiz Mehdiyev işi və ona yönələn ittihamlardan sonra proseslərin genişlənəcəyi gözlənilən idi. Bir çox hüquqşünaslar bildirir ki, Ramiz Mehdiyevə yönələn ittihamların təkbaşına həyata keçirilməsi mümkün görünmürdü. 
Deməli, bu prosesin arxasında başqa şəxslər də mövcuddur və dövlət qurumları onların üzə çıxarılacağını əvvəlcədən ehtimal edirdi. Xalq Cəbhəsi funksionerlərinin Ramiz Mehdiyev ilə əlaqələrinin üzə çıxması göstərir ki, bu münasibətlər yeni deyil, uzun illərin nəticəsidir. Bu, Ramiz Mehdiyevin istefasından sonra yaranmış yaxınlıq deyil, daha əvvəldən formalaşmış əlaqələrdir. Azərbaycan Xalq Cəbhəsi rəhbərliyinin, keçmiş Milli Şura və Milyarderlər İttifaqının bəzi üzvlərinin çağırışları daima bir-biri ilə üst-üstə düşüb. 
Eyni zamanda, xaricdə özlərini “bloger” adlandıran bəzi şəxslərin mövqeləri də bu qurumlarla paralel olub”.
Hüquq müdafiəçisi qeyd edib ki, bəzi siyasi liderlər hakimiyyətə gəlmək üçün demokratik və sivil yollardan istifadə etmək əvəzinə, radikal çağırışlarla xalqı küçələrə çıxarmağa cəhd edib:
“Bu baş tutmadıqda isə sosial şəbəkələrdə qarayaxma kampaniyaları təşkil olunub. Lakin bütün bu cəhdlər nəticəsiz qalıb. Çünki Azərbaycan nə 1992-ci il, nə də 2003-cü ildir. Bu gün Azərbaycan güclü siyasi-iqtisadi dayaqlara malik dövlətdir və burada xalq ilə hakimiyyət arasında birlik mövcuddur. Biz bu birliyi 44 günlük Vətən müharibəsində açıq şəkildə gördük — xalq, dövlət və ordu bir yumruq kimi birləşdi və qələbə bunun ən bariz nümunəsi oldu. 
Siyasi hakimiyyətə gəlmək üçün sosial dayaq bazası olmayan qüvvələr bu səbəbdən qeyri-qanuni yollara üz tuturlar. Lakin hüquqi dövlət bu cür fəaliyyətlərə dözmür və hesab edirəm ki, yaxın günlərdə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən daha yeni adların da açıqlanmasının şahidi olacağıq. Bir hüquq müdafiəçisi olaraq, biz heç zaman dövlətə, millətə və xalqa xəyanət edənlərin yanında olmayacağıq. Bizim üçün iki müqəddəs dəyər var: xalq və Vətən. Xalqına və Vətəninə qarşı çıxanlar, hakimiyyəti qanunsuz yollarla ələ keçirmək istəyənlər tarix qarşısında da, xalq qarşısında da bağışlanmır”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Dekabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri