Çinin XİN başçısı: Əfqanıstan və Pakistan diplomatik münasibətləri yaxşılaşdırmaq istəyir
Icma.az bildirir, 525.az portalına istinadən.
Pakistan və Əfqanıstan diplomatik əlaqələrin səviyyəsini yüksəltməyi planlaşdırır.
525.az "Report" a istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van i bildirib.
"Tərəflər bir-birinin ölkələrinə mümkün qədər tez səfirlər göndərmək barədə razılığa gəliblər", - Van i mayın 21-də "Taliban" radikal hərəkatının hökumətində xarici işlər naziri Əmir Xan Muttaki və Pakistan XİN başçısı İshaq Dar ilə danışıqlardan sonra bildirib.
Onun sözlərinə görə, hər iki ölkə görüş zamanı diplomatik əlaqələrinin səviyyəsini yüksəltməyə hazır olduqlarını aydın şəkildə ifadə ediblər: "Çin bunu alqışlayır və Əfqanıstan-Pakistan münasibətlərinin yaxşılaşdırılmasında yardım göstərməyə davam etməyə hazırdır".
Çinin XİN başçısı həmçinin bildirib ki, danışıqlar zamanı Çin və Pakistan Əfqanıstanın bərpasına və inkişafına dəstək ifadə ediblər.
O qeyd edib ki, İslamabad "diplomatik qarşılıqlı əlaqələrin, ticarətin genişlənməsi və tranzit prosedurlarının sadələşdirilməsi də daxil olmaqla ikitərəfli münasibətlərdəki müsbət dinamikanı alqışlayır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 21 May 2025 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















