Çinin yarımkeçiricilər konqlomeratının sabiq rəhbəri ölüm cəzasına məhkum edilib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Pekin, 16 may, AZƏRTAC
Çin məhkəməsi ölkənin iri yarımkeçirici konqlomeratı olan “Tsinghua Unigroup”un İdarə Heyətinin keçmiş sədri Cao Veyquo haqqında iki illik möhlətlə ölüm cəzası qərarı çıxarıb.
AZƏRTAC xəbər verir ki, məhkəmənin gedişində sabiq məmurun müxtəlif vəzifələrdə çalışdığı dövrdə səlahiyyətlərindən sui istifadə edərək 470 milyon yuandan (təxminən 65 milyon dollar) çox aktivlərin mənimsənilməsi də daxil olmaqla çoxsaylı cinayətlər törətməsi sübuta yetirilib.
Bundan başqa, Cao Veyquonun qanunsuz əməllərinin dövlətə 890 milyon yuan (123 milyon dollar) ziyan vurduğu aşkarlanıb. Məhkəmə onun bütün əmlakının müsadirə olunmasına, siyasi hüquqlardan məhrum edilməsinə də qərar verib.
Qeyd edək ki, “Tsinghua Unigroup” yerli, xarici bazarlara rəqəmsal infrastruktur, xidmətlər təqdim edən texnologiya və yarımkeçirici istehsalçısıdır. Çinin ən böyük texnoloji konqlomeratları arasında olan “Tsinghua Unigroup”un törəmə şirkəti olan UNISOC Çinin mobil telefonlar üçün ən böyük çip istehsalçısıdır.
Bundan başqa, dövlət şirkətinin maliyyə, daşınmaz əmlak, təhsil sektorlarında da fəaliyyəti var.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 16 May 2025 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















