Icma.az
close
up
RU
Cinpin “dayan” dedi, Putin razılaşdı Müharibə ilə bağlı yeni hədəf

Cinpin “dayan” dedi, Putin razılaşdı Müharibə ilə bağlı yeni hədəf

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Çin Xalq Respublikasının Prezidenti Si Cinpinin Moskvaya səfəri çərçivəsində Rusiya lideri Vladimir Putinlə görüşü siyasi arenada böyük maraq doğurdu. Belə ki, prezidentlərin təkbətək müzakirəsinin 7 saatdan çox davam etdiyi açıqlanıb.

Görüşdən sonra Çinin Xarici İşlər Nazirliyi tərəflərin Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması məsələləri ətrafında danışıqlar apardığını bildirib.

Mövcud geosiyasi vəziyyətdə iki ölkənin lideri başqa hansı məsələləri müzakirə etmiş ola bilər? Pekin Ukrayna mövzusunda Moskvaya nə tövsiyə edəcək?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Çin lideri görüş zamanı ilkin şərtlər irəli sürmədən danışıqlara başlamağın vacibliyini və ədalətli sülh sazişinin imzalanmasının əhəmiyyətini vurğulayıb:

“Putin də öz növbəsində ilkin şərtlər olmadan danışıqlara hazır olduğunu bildirib. Çin artıq bu müharibənin uzanmasında maraqlı deyil və ədalətli sülh ideyasını Rusiya prezidentinin diqqətinə çatdırıb.


Məhəmməd Əsədullazadə

Pekinin mövqeyində nəzərəçarpacaq dəyişikliklər baş verir. Belə ki, ABŞ Rusiya ilə enerji sektorunda əməkdaşlığı olan Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edə biləcəyini açıq şəkildə bəyan edib. Bu isə Çin iqtisadiyyatına mənfi təsir göstərir. Vaşinqtonun bununla Pekini hədəfə alır.

Hazırda iqtisadiyyat və ticarət müharibəsinin Çinə qarşı formalaşdırdığı təzyiqlər artır. Müharibənin bu ölkə üçün beynəlxalq imic baxımından da zərərli nəticələr doğurduğu aydındır. Geosiyasi və iqtisadi müstəvidə ABŞ-ın irəliləməsinin qarşısını almaq istəyən Çin, vəziyyətin fərqindədir. Əgər Pekin Moskvaya ciddi təzyiqlər edərsə, bu, Putinin atəşkəsə razılaşmasına səbəb ola bilər”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:255
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 May 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri