Ciorcia Meloni: Orta dəhliz tədarüklərin təhlükəsizliyinə və sabitliyinə böyük töhfə verə bilər
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Astana, 30 may, AZƏRTAC
Orta Dəhliz ən perspektivli və iddialı layihə kimi görünür.
AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni Astana Beynəlxalq Forumunun ikinci gününün plenar iclasında çıxışı zamanı deyib.
O, bu layihənin həyata keçirilməsi təşəbbüsünün həm Avropaya, həm də əks istiqamətdə tədarük zəncirlərinin təhlükəsizliyinə və sabitliyinə mühüm töhfə verə biləcəyinə əminliyini ifadə edib.
İtaliyanın Baş naziri əlavə edib: “Bu region tarixən Qərblə Şərq arasında əlaqə yaradılması ilə tanınıb və dünya miqyasında əsas rol oynayır.
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin ilə Avropa ölkələrini birləşdirir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Baxış sayı:111
Bu xəbər 30 May 2025 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















