Icma.az
close
up
RU
COP 29da sessiya: Elmdən təcrübəyə: Aqroərzaq sistemlərində ədalətli keçidin inkişafı AZƏRTAC

COP 29da sessiya: Elmdən təcrübəyə: Aqroərzaq sistemlərində ədalətli keçidin inkişafı AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 19 noyabr, AZƏRTAC

COP29 çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Elmdən təcrübəyə: aqrar-ərzaq sistemlərində ədalətli keçidin inkişafı” mövzusunda sessiya təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları üzrə Məsləhət Qrupunun (CGIAR) dəstəyi ilə keçirilən tədbirdə Mərkəzin həmsədri İsmail Serageldin sessiyanın aqro-ərzaq sistemlərinin transformasiyası üçün elmi tədqiqatların, innovativ maliyyələşdirmənin və siyasət dəstəyinin inteqrasiyası üçün inklüziv baxışı təqdim etməyi qarşıya məqsəd qoyduğunu vurğulayıb.

İqlim dəyişikliyinin kənd təsərrüfatına, ərzaq istehsalına da böyük mənfi təsir göstərdiyini diqqətə çatdıran İsmail Serageldin deyib ki, aqro-qida sistemləri ərzaq təhlükəsizliyinə və iqlimə davamlılığa nail olmaq üçün vacibdir. Bu sistemlər xüsusilə iqlim dəyişikliyinə həssas olan bölgələrdə əhəmiyyətli problemlərlə üzləşir. Elmi tədqiqatlar, regional əməkdaşlıq və innovativ maliyyələşdirmə aqro-ərzaq sistemlərində davamlı keçidin əsas hərəkətverici qüvvəsi kimi inkişaf etdirilməlidir.

Latviyanın iqlim və enerji naziri Kaspars Melnis ölkəsinin davamlı aqro-ərzaq sistemlərini dəstəkləmək üçün enerji və iqlim siyasətini necə inteqrasiya etməsindən danışıb, bu işdə yeni texnologiyaların tətbiqinin vacibliyindən söz açıb.

Serbiyanın sabiq Prezidenti Boris Tadiç dövlət başçısı təcrübəsi əsasında regional əməkdaşlığın iqlim problemlərinin həllində, xüsusilə aqro-ərzaq sektorundakı rolu mövzusunda danışıb. O, iqlim dəyişikliyinin, təbii fəlakətlərin ölkələrin ərzaq təhlükəsizliyinə mənfi təsirlərinin azaldılmasında elm mərkəzlərinin tədqiqatlarından yararlanmağın faydalarını vurğulayıb.

Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev dövlətlərin kiçik fermerlərin dayanıqlı və iqlimə davamlı aqro-ərzaq sistemlərinə keçidində vacib rol oynaya biləcəyini deyib.

Quraq Ərazilərdə Kənd Təsərrüfatı Araşdırmaları üzrə Beynəlxalq Mərkəzin (ICARDA) alimi Akmal Akramxanov təmsil etdiyi qurumun dayanıqlı məhsul sortları və suya qənaət edən texnologiyalar kimi innovativ həllərin işlənib hazırlanması istiqamətindəki fəaliyyətindən bəhs edib.

Sessiyada CGIAR-ın tədqiqat və innovasiya təşəbbüslərindən söz açılıb, Azərbaycanda və Qafqaz regionunda uğurlu nümunələr əsasında kənd təsərrüfatı məhsuldarlığının yüksəldilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsində genetik resursların rolu müzakirə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri