Icma.az
close
up
RU
COP29 çərçivəsində “İqlim Dayanıqlılığı və Sülh Quruculuğunda Gənclərin Liderliyi” mövzusunda tədbir keçirilib

COP29 çərçivəsində “İqlim Dayanıqlılığı və Sülh Quruculuğunda Gənclərin Liderliyi” mövzusunda tədbir keçirilib

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Ən fəal vətəndaşlar kimi gənclər sülh quruculuğuna öz həll yollarını təklif edərək töhfə verir, iqlim dayanıqlılığı və ətraf mühit təşəbbüslərində iştirak edərək, davamlı inkişaf prinsiplərini təşviq edirlər.”

AZƏRTAC xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) təşkilatçılığı ilə “İqlim Dayanıqlılığı və Sülh Quruculuğunda Gənclərin Liderliyi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O, bildirib ki, hər gün dünyanın müxtəlif yerlərində milyonlarla insan, o cümlədən uşaq və gənclər iqlim dəyişikliyini və onun konfliktlərlə bağlı təsirlərini öz həyatlarında hiss edirlər. İqlim dəyişikliyinə qarşı mübarizədə gənclərin iştirakının genişləndirilməsi, onların hüquqlarının qorunması və xüsusi ehtiyaclarının mövcud siyasət və proqramlarda nəzərə alınmasının vacibliyini qeyd edən komitə sədri qeyd edib ki, gənclər arasında təhsilin və maarifləndirmənin təşviq edilməsi onların yalnız uyğunlaşmasını deyil, həm də proseslərdə fəal iştirakını vurğulayır.

O, diqqətə çatdırıb ki, gənclərin liderliyi fərdi təşəbbüslərlə məhdudlaşmamalı, onların səsinə qulaq asmaq, ideyalarını qəbul etmək və qərarların qəbul edilməsi proseslərinə cəlb etmək daha davamlı və ədalətli gələcək hazırlamaq deməkdir.

Azərbaycanda resurslardan səmərəli istifadə üçün bir sıra mühüm dövlət proqramları, sosial-iqtisadi inkişaf strategiyaları və geniş fəaliyyət planlarının reallaşdırıldığını qeyd edən B. Muradova azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” kimi vahid konsepsiya əsasında genişmiqyaslı bərpa və yenidənqurma işləri, minalardan təmizləmə işlərinin aparıldığını diqqətə çatdırıb. O əlavə edib ki, iqlim dayanıqlılığı və sülh quruculuğunu təmin etmək üçün gənc səfirlər “Sülh üçün Birləşək” kimi müxtəlif virtual platformalar yaratmalıdırlar. Burada onlar bu mövzuları müzakirə edərək diqqət mərkəzində saxlaya bilərlər.

“Bu bir həqiqətdir ki, enerjisi, yaradıcılığı və qətiyyəti ilə gənclər güclü və harmonik bir dünyanın memarlarıdır. Gəlin hamılıqla gələcəyə doğru irəliləyərkən onların missiyasını dəstəkləməyə davam edək”- deyə komitə sədri çıxışını yekunlaşdırıb.

ICESCO-nun Baş Qərargahında Strategiya və Əməkdaşlıq Departamentinin əməkdaşı Dinara Quliyevanın moderatorluğu ilə keçirilən tədbir zamanı ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Maliki və Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Adil Çalışkan çıxış edib.

İnsan kapitalı, uşaq və gənclər, sağlamlıq və təhsil üzrə tematik gündə qeyd edilib ki, ICESCO gənc sülh səfirləri sessiyası iqlim və sülh problemlərinin həllində gənclərin liderliyini və innovasiyalarını nümayiş etdirəcək, onların nailiyyətlərini qeyd etməklə və gələcək əməkdaşlıq imkanlarını araşdırmaqla bu gənc liderlərə iqlim dəyişikliyinə davamlılıq və sülh quruculuğu sahəsində qlobal dəyişikliyi davam etdirmək üçün səlahiyyət verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Noyabr 2024 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see234

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see208

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see190

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see171

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see147

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see141

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see137

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see134

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see134

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see130

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see129

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see128

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see128

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see127

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see125

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see125

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri