Icma.az
close
up
RU
COP29 ictimaiyyətin ekoloji məsələlərə həssaslığını və bu mövzuda məlumatlılığı daha da artıracaq RƏY AZƏRTAC

COP29 ictimaiyyətin ekoloji məsələlərə həssaslığını və bu mövzuda məlumatlılığı daha da artıracaq RƏY AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 21 noyabr, AZƏRTAC

Azərbaycan artıq 10-cu gündür ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi edir. Qlobal miqyaslı bu tədbir ölkəmizin beynəlxalq aləmdə nüfuzunu gücləndirməklə yanaşı, ölkəmizə siyasi və iqtisadi baxımdan böyük dividendlər gətirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova səsləndirib.

Deputat bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi beynəlxalq müstəvidə ölkəmizə böyük etimadın və nüfuzunun göstəricisidir. “Azərbaycan COP29-a ev sahibliyi etməzdən əvvəl də ekoloji məsələlərə, ətraf mühitin mühafizəsinə, yaşıl iqtisadiyyata keçidə xüsusi diqqət yetirirdi. Belə ki, Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə ölkəmizdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bununla yanaşı, Azərbaycanda ətraf mühitin qorunması, iqlim dəyişikliklərinin qarşısının alınması istiqamətində atılan addımlar sırasında günəş, külək enerjisinin əldə olunması sahəsində həyata keçirilən layihələri, işğaldan azad edilmiş ərazilərin, həmçinin Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji” zonası elan olunmasını nümunə göstər bilərik.

Eyni zamanda, son dövrlərdə ölkəmizdə ekoloji mühitin qorunması məqsədilə bir sıra mühüm qanunlar qəbul edilib və mövcud qanunvericiliyə dəyişikliklər olunub. Həmçinin ictimaiyyətin ekoloji məsələlərə həssas yanaşması və məlumatlılığın artırılması istiqamətində bir sıra işlər həyata keçirilib. Hesab edirəm ki, ilk növbədə, COP29 qeyd olunan istiqamətdə görülən işlərin təbliğinə imkan yaradacaq, ictimaiyyətin ekoloji məsələlərə həssaslığını və bu mövzuda məlumatlılığı daha da artıracaq”, - deyə A.Həsənova bildirib.

Onun sözlərinə görə, COP29 daha çox ekoloji layihələrin reallaşdırılmasına təkan olacaq. Xüsusilə COP29 çərçivəsində özəl sektorun da cəlb edilməsi gələcəkdə dövlət və özəl sektor tərəfindən ağacəkmə kampaniyaları, yaşıllaşdırma və bu kimi digər layihələrin reallaşmasına imkanlar yaradacaq. Bu layihələr ətraf mühitin qorunması ilə yanaşı, insanların sağlam həyat tərzinin formalaşmasına imkan verəcək.

COP29-un Azərbaycan üçün iqtisadi baxımdan da böyük əhəmiyyət daşıdığını söyləyən deputat qeyd edib: “Məlumdur ki, konfrans çərçivəsində ölkəmizə minlərlə xarici nümayəndə, investor, ekspert və digər qonaqlar gəlib. İlk növbədə, bu qədər insanın ölkəmizə gəlməsi turizm və xidmət sektoruna xeyli əlavə gəlir gətirib. Bununla yanaşı, COP29 ölkəmizin investisiya cəlbediciliyini xeyli dərəcədə artıracaq və gələcəkdə həm ekoloji layihələrə, həm də digər sektorlarda investisiyaların cəlb olunmasına geniş imkanlar yaradacaq. COP29 Azərbaycanın bu günədək ev sahibliyi etdiyi ən genişmiqyaslı tədbirdir və bunun ölkəmiz üçün nə qədər böyük faydalar gətirəcəyini qarşıdakı dövrdə daha aydın müşahidə edəcəyik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see255

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see253

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see228

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see212

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see202

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see171

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see171

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see158

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see153

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see150

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see147

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see147

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see141

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see140

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see139

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see139

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see138

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see132

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri