COP29 iştirakçısı: Bu tədbirin Bakıda keçirilməsi ölkənin malik olduğu imkanları göstərmək üçün əla fürsətdir AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 19 noyabr, AZƏRTAC
“COP29-un Bakıda keçirilməsi ölkənin malik olduğu imkanları göstərmək üçün əla fürsətdir. Çünki təbii sərvətlərə, neftə, qaza baxmayaraq, onlar bunun davamlılığını qorumaq üçün çoxlu səy göstərirlər”.
Bunu AZƏRTAC-a müsahibəsində COP29 iştirakçısı Alexandra Ohneva deyib. O vurğulayıb ki, COP29 insanların gəlib öz təcrübələrini paylaşa biləcəyi vacib platformadır: “Dünyanın bir çox ölkəsindən nümayəndələrin Azərbaycana gələrək iqlim probleminin həll yollarını tapmaq imkanı var. COP29 bizə şirkət olaraq müştərilərimizlə, tərəfdaşlarımızla görüşmək, yeni müştərilər tapmaq, gələcəkdə logistika və nəqliyyat haqqında bəzi səmərəli müzakirələr aparmaq imkanı verib.
Qeyd edim ki, biz COP29-da iştirak edən nümayəndələr üçün rəsmi nəqliyyat logistika təminatçısıyıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 19 Noyabr 2024 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















