Icma.az
close
up
RU
COP29da “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə: regionlararası yüksəksəviyyəli cənubcənub siyasi dialoqu” mövzusunda tədbir keçirilir AZƏRTAC

COP29da “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə: regionlararası yüksəksəviyyəli cənubcənub siyasi dialoqu” mövzusunda tədbir keçirilir AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 20 noyabr, AZƏRTAC

Bakının ev sahibliyi etdiyi COP29 çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkilatçılığı ilə “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə: regionlararası yüksəksəviyyəli cənub-cənub siyasi dialoqu” tədbiri başlayıb.

AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək tədbirin gündəliyinə yaşıl iqtisadiyyata əmək bazarında ədalətli keçid üçün hamıya layiqli yaşıl iş yerlərinin inkişafının, dairəvi iqtisadiyyat yanaşmalarının təşviqi, bu sahədə təcrübə mübadilələrinin aparılması, Beynəlxalq Əmək Təşkilatının Təlimatlarının tətbiqi məsələlərinin müzakirəsi daxildir.

Müxtəlif ölkələrdən, BMT-dən və digər beynəlxalq təşkilatlardan yüksəksəviyyəli rəsmilərin iştirak etdiyi tədbirdə Şərqdə əmək münasibətləri üzrə ilk kollektiv müqavilə olan “Mazut Konstitusiyası”nın 120 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması və təsirinin azaldılmasının yalnız birgə səylərlə mümkün olacağını bildirib. Nazir yaşıl iqtisadiyyata keçid dövründə əmək bazarı ilə bağlı çağırışlara uyğun olaraq ölkəmizdə görülən tədbirləri, həmçinin sosial müdafiə sisteminin gücləndirilməsi üçün atılan addımları diqqətə çatdırıb. Dövlət sosial xidmətlərinin keyfiyyətinin daha da artırılması üçün nazirliyin xidmət sahələrində rəqəmsal həllərdən və süni intellektin üstünlüklərindən istifadə edildiyini, 160 xidmətin 90 faizindən çoxunun rəqəmsallaşdırıldığını qeyd edib.

Həmçinin e-sosial portalının, “Əmək və Məşğulluq” altsisteminin və digər rəqəmsal alətlərin önəmini, rəqəmsal transformasiyanın sosial islahatların uğuru üçün vacibliyini və sosial müdafiə sisteminin daha çevik və dayanıqlı olmasına imkan verdiyini bildirib. O, Azərbaycanda aparılan sosial islahatları, təkcə son 6 ildə ölkədə 4 milyon insanı əhatə edən 4 sosial islahat paketinin icra edildiyini vurğulayıb. Qeyd edilən dövrdə 624 min işsiz və işaxtaran şəxsin münasib işlərlə təmin edildiyini, 35 min şəxsin peşə hazırlığına, 2700-dən çox insanın əmək haqqının birgə maliyyələşdirmə proqramına, 92 min şəxsin özünüməşğulluq proqramına cəlb olunduğunu bildirib.

S.Babayev sosial-iqtisadi inkişaf və inklüziv cəmiyyətin formalaşması və ekoloji təmiz gələcəyin qurulmasında əməkdaşlıq, anlaşma və birgə səylərin tələb olunduğunu vurğulayıb.

Həmçinin, BMT İnkişaf Proqramının Baş katibinin köməkçisi, Siyasət və Proqrama Dəstək Bürosunun direktoru Markos Neto, BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Beate Andres, BMT Avropa İqtisadi Komissiyasının icra katibinin müavini, BMT-nin Avropa və Mərkəzi Asiya Ətraf Mühit və İqlim Dəyişikliyi Problemləri üzrə Koalisiyasının həmsədri Dmitri Mariyasin, BMT-nin İqlim Dəyişikliyi Təsirlərinin Azaldılması Departamentinin rəhbəri Ceyms Qrabert, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibinin müavini Erik Manzi, Beynəlxalq İşəgötürənlər Təşkilatının Asiya ölkələri üzrə vitse-prezidenti Sonya Janahinin çıxışları dinlənilib. Onlar yaşıl iş yerlərinin inkişaf etdirilməsinin, bu istiqamətdə fəaliyyətin təşviqinin yaşıl iqtisadiyyata keçid üçün vacibliyini vurğulayıblar.

Tədbir panel sessiyalarla, müvafiq sahələrdə təcrübələrin mübadiləsi ilə davam edib. Sessiyalarda BMT İnkişaf Proqramının mütəxəssisi Sanqji Li, Qırğızıstanın Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyinin şöbə müdiri Bermet Karabayeva, Mançester Universitetinin (Böyük Britaniya) professoru Yan Miles, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva, Çinin Müəssisə Konfederasiyasının icraçı vitse-prezidenti və Baş katibi Zhu Hongren, AHİK sədrinin müşaviri Fuad Ələkbərov və digərləri çıxış ediblər.

Tədbir çərçivəsində inklüziv və genderə cavab verən və ədalətli keçidi hədəfləyən iqlim tədbirlərinin inteqrasiyasına dair təşkil olunan regional dəyirmi masada əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini Akmadi Sarbassov, Qırğızıstanın əmək, sosial təminat və miqrasiya nazirinin birinci müavini Muhtarbek Baymurzayev, Tacikistanın əmək, miqrasiya və məşğulluq nazirinin müavini Qiyomiddin Davlatzoda, Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Lütfihak Alpkan, Özbəkistanın məşğulluq və yoxsulluğun azaldılması nazirinin müavini Rano Turdiboeva, Serbiyanın Əmək Nazirliyinin müşaviri Jelena Vasiç, İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin baş direktoru Azər Bayramov və digərlərinin yaşıl iqtisadiyyata ədalətli keçid üçün həll yolları, gender bərabərliyinə və inklüzivliyə diqqətin artırılması ilə bağlı fikirləri dinlənilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov yaşıl iqtisadiyyata keçidin sürətli və uğurlu olmasının ilk növbədə biznesin dayanıqlılığından, ixtisaslı və peşəkar işçi qüvvəsinin potensialından və onun səmərəli idarə olunmasından, yeni sosial dəstək mexanizmlərinin işlənib hazırlanmasından asılı olacağını vurğulayıb.

Qeyd edək ki, “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə: regionlararası yüksəksəviyyəli cənub-cənub siyasi dialoqu” noyabrın 21-də də davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see253

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see207

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see194

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see171

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see157

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see140

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see131

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri