Icma.az
close
up
RU
COP29un Yaşıl Zonasında “İqlim ədaləti və bərabərlik” mövzusunda panel sessiyası keçirilib

COP29un Yaşıl Zonasında “İqlim ədaləti və bərabərlik” mövzusunda panel sessiyası keçirilib

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda keçirilməkdə olan COP29 konfransının üçüncü günündə Yaşıl Zona proqramı üzrə silsilə tədbirlərin keçirilməsi davam edir.

APA xəbər verir ki, 13 noyabr tarixində COP29 Azərbaycan Əməliyyat Şirkəti və COP29-un rəsmi logistika üzrə tərəfdaşı olan “Rhenus” şirkəti tərəfindən birgə panel sessiya təşkil edilib.

“İqlim ədaləti və bərabərlik” mövzusunda sessiyada iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması istiqamətində şirkətlərin əhəmiyyətli rolu və onların qlobal xalis sıfır karbon hədəfinə nail olmaqda göstərdikləri səylər ətrafında müzakirələr yer alıb. Tədbirdə COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova, Kiçik Ada Dövlətləri Alyansının sədrinin iqlim diplomatiyası komandasının rəhbəri Rueanna Haynes, “Rhenus Group”un idarə heyətinin layihələr üzrə rəhbəri Aleksandra Oqneva, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panel (IPCC) nəzdində II İşçi Qrupunun sədr müavini Adel Tomas və CGIAR-ın icraçı direktoru İsmahane Elouafi iştirak edib. Panel çərçivəsində iqlim dəyişmələrinin aşağı gəlirli icmalar, köklü qruplar, qadınlar və gənclər kimi həssas əhali qruplarına qeyri-mütənasib təsirləri, eləcə də ədalətli və əhatəli iqlim siyasətinə olan təcili ehtiyac ətrafında müzakirələr yer alıb. Sessiyada həmçinin həssas gender yanaşmaları, gənclərin rəhbərliyi ilə icra olunan iqlim ədaləti həlləri və bərabərhüquqlu siyasətlərin uğurlu nümunələri vurğulanıb.

Həmçinin, 13 noyabr tarixində COP29 Azərbaycan Əməliyyat Şirkətinin proqramı üzrə Yaşıl Zonada təşkil etdiyi panel sessiyası ilə yanaşı burada bir sıra müxtəlif auditoriyaları və sahələri əhatə edən tədbir və aktivliklər yer alıb. İqlim dəyişmələrinin qarşısının alınmasında okeanların həlledici gücü, dəniz səviyyəsinin yüksəlməsi və iqlim dəyişmələri ilə qeyri-proporsional dərəcədə təsirlənən sahil bölgələrinin qorunması üçün icma əsaslı strategiyaların hazırlanması, dekarbonizasiya strategiyaları ətrafında müzakirə və sessiyalar baş tutub. Eyni zamanda, paralel olaraq Yaşıl Zonanın “Extreme Hangout” dinamik ərazisində yoqa sessiyası, film nümayişi və musiqi sessiyası baş tutub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Noyabr 2024 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see666

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see149

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see146

Tailand Kamboca səfirindən ölkəni tərk etməyi tələb edib

24 İyul 2025 22:42see141

Somalili nazir Ulu öndərin məzarını ziyarət edib

24 İyul 2025 23:40see135

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see133

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see133

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see127

Oleq Bakinski işində Kuçerə BƏRAƏT VERİLDİ

25 İyul 2025 18:03see125

Xərçəng xəstəliyinin əməliyyatı və müalicəsi niyə icbari tibbi sığortaya salınmır? Müzakirə

25 İyul 2025 18:48see124

Qəzzanı aclığa məhkum edən İsrailə qarşı qazan və tavalarla etirazlar başlayıb

26 İyul 2025 11:08see123

Tramp Avropanı külək turbinlərindən imtina etməyə çağırıb

26 İyul 2025 09:00see123

Filip Ozobiç Turan Tovuz da EKSKLÜZİV

26 İyul 2025 10:23see123

Barmaqları çatlatmaq oynaqlara zərərdir?

25 İyul 2025 15:57see123

Orxan yeni komandasında qolla debüt etdi

26 İyul 2025 11:06see122

İbrahim Tatlısesin Səddam Hüseynlə qohum olduğu üzə çıxdı

26 İyul 2025 06:15see122

Nyu York birjasında təbii qaz bahalaşıb

26 İyul 2025 10:24see121

MM dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

25 İyul 2025 19:11see120

Pokrovsk uğrunda şiddətli döyüşlər GEDİR

26 İyul 2025 10:10see119

Daily Mail : İrəvan yaxınlığındakı AES hər an partlaya bilər

26 İyul 2025 00:51see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri