Daha bir rayonda yas mərasimi ilə bağlı israfçılığa YOL VERİLMƏYƏCƏK FOTO
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Oğuzda yas mərasimlərində izafi xərclərə nəzarət artırılacaq.
Oğuzda yas mərasimlərinin keçirilməsi, bu sahədəki vəziyyətin yaxşılaşdırılması, uyğunsuzluqların aradan qaldırılması, adət-ənənələrin təkmilləşdirilməsi və onların sadələşdirilməsi istiqamətində iş aparılır.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Oğuz Rayon Ağsaqqallar Şurasının, İctimai şuranın, şəhid ailələlərinin üzvləri, ictimai təşkilatların nümayəndələri, din xadimləri, şəhər sakinlərinin iştirakı ilə müzakirələr keçirlib.
Müzakirələrdə yas mərasimlərinin keçirilməsi ilə əlaqədar adət-ənənələrin təkmilləşdirilməsi, onların sadələşdirilməsi, bu zaman artıq məsrəflərə yol verilməsinin qarşısının alınması ilə bağlı məsələlər barədə fikir və mülahizələr, rəy və təkliflər səsləndirilib.
Belə qərara gəlinib ki, rayon ərazisində keçirilən yas mərasimlərində xüsusi heyətlər iştirak etsin və sakinlərə əlavə və izafi xərclərin qarşısının alınmasının məqbul sayılması barədə məlumat verilsin. 


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 02 Sentyabr 2025 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















