Bank Respublika və “Bank of China” saziş imzaladı Müştərilər Çin ilə rahat bank əməliyyatları apara biləcək
Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bank Respublika beynəlxalq əməkdaşlığın genişləndirilməsi strategiyası çərçivəsində dünyanın aparıcı maliyyə institutları ilə əlaqələrini möhkəmləndirməyə davam edir.
Marja xəbər verir ki, bu istiqamətdə atılan növbəti mühüm addım təkcə Çinin deyil, həm də dünyanın ən iri banklarından biri olan “Bank of China”da müxbir hesabın açılması oldu.
Bu əməkdaşlıq Bank Respublika-nın beynəlxalq müxbir bank şəbəkəsinin inkişafında vacib mərhələ olmaqla yanaşı, Bankın beynəlxalq maliyyə bazarlarında mövqelərinin daha da möhkəmlənməsinə, qlobal bank sisteminə daha dərin inteqrasiyasına, eləcə də aparıcı dünya maliyyə institutları üçün etibarlı tərəfdaş kimi işgüzar reputasiyasının güclənməsinə töhfə verir.
“Bank of China”da müxbir hesabın açılması Bank Respublika müştərilərinə xarici iqtisadi əməliyyatların həyata keçirilməsi zamanı yeni imkanlar yaradacaq. Belə ki, müştərilər, xüsusilə Çin istiqaməti üzrə valyuta əməliyyatlarını daha operativ, etibarlı və səmərəli şəkildə həyata keçirə biləcəklər.
1912-ci ildə təsis edilmiş “Bank of China” Çinin ən qədim və ən iri dövlət banklarından biridir. Bank geniş beynəlxalq şəbəkəyə malikdir, dünyanın 60-dan çox ölkəsində təmsil olunur, aktivləri 3 trilyon ABŞ dollarını ötür və korporativ və pərakəndə bankçılıq, ticarət maliyyələşdirilməsi, maliyyə institutlarına xidmətlər və qlobal bazarlarda əməliyyatlar sahəsində geniş spektrli maliyyə xidmətləri təqdim edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 21 Yanvar 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















