Icma.az
close
up
RU
Dalay Lamanın 90 yaşı tamam oldu o, 130 yaşa qədər yaşayacağına söz verdi

Dalay Lamanın 90 yaşı tamam oldu o, 130 yaşa qədər yaşayacağına söz verdi

Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.

Dalay Lamanın 90 yaşı tamam oldu - o, 130 yaşa qədər yaşayacağına söz verdi


Bazar günü Hindistanın Dharamsala şəhərində minlərlə insan Çinin Tibeti ilhaqından sonra 1959-cu ildən mühacirətdə yaşayan Tibet buddistlərinin ruhani lideri və Nobel Sülh Mükafatı laureatının həyatında mühüm mərhələ olan Dalay Lamanın 90 illik yubileyini qeyd etmək üçün toplaşıblar. Oxuməni.az CNN-ə istinadən xəbər verir ki, Dalay Lama 6 iyul 1935-ci ildə anadan olub.
Güclü musson yağışına və qalın dumana baxmayaraq, gözəl geyimdə olan izdiham dar küçələri doldurdu və Tsuklakhang Tibet Buddist kompleksində Dalay Lamanı görmək ümidi ilə səhər tezdən növbəyə düzülüb.
Şənlik başlamazdan əvvəl məbəd artıq dolu idi, Hindistan polisi və təhlükəsizlik işçiləri tərəfindən ciddi mühafizə olunurdu. Dalay Lamanı iki rahib qonqların, trubaların və buynuzların sədaları altında məbədə apardılar.
Tədbirdə Hindistan hökumətinin nazirləri və uzun müddət Dalay Lamanın tərəfdarı olan Hollivud aktyoru Riçard Gir çıxış ediblər.
Şənbə günü keçirilən mərasimdə Dalay Lama tərəfdaşlarını özünün əla fiziki hazırlığına inandırdı, daha 40 il yaşayacağını söylədi və ölümündən sonra reenkarnasiya dövrünün davam edəcəyini təsdiqlədi. Dalay Lama əvvəllər etiraf etmişdi ki, o, tibetlilərin son ruhani lideri ola bilər və mərhəmət bodhisattvasının reenkarnasyonları dövrünə son verə bilər.
Bununla belə, yeni reenkarnasyonu müəyyən etmək üçün müstəsna hüquq 14-cü Dalay Lama tərəfindən təsis edilmiş İsveçrədə yerləşən qeyri-kommersiya fondu olan” Gaden Phodrang Trust”-a məxsus olacaq. Bu, artıq Dalay Lamanın növbəti reenkarnasiyasının Çində doğulacağını bəyan edən Çinlə münaqişəyə səbəb ola bilər.
14-cü Dalay Lama 1937-ci ildə Bodhisattva Avalokiteşvaranın (Şəfqət Bodhisattvası) növbəti reenkarnasiyası adlandırıldı və 1940-cı ildə taxta çıxdı. Çin Tibeti ilhaq etdikdən və anti-Çin üsyanını yatırdıqdan sonra o, 1959 –cu ildə minlərlə keçmiş hökumətçi ilə Hindistana getdi.
Bu illər ərzində o, Tibet mədəniyyətini və kimliyini qoruyub saxlayan bir cəmiyyət yaratmağı bacararaq, sürgündə olan milləti dəstəklədi.
Almaz Həsənli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 07 İyul 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see371

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see196

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see169

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see168

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see165

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see162

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see156

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see154

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see143

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri