“Dalton İntizar” Azərbaycanda həbs olundu Bakı və İstanbul polisi birgə əməliyyat keçirdi
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Türkiyənin İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə Şöbəsi əməkdaşları “Daltonlar” cinayətkar qruplaşmasının xaricdəki strukturlarının rəhbərlərindən biri olan “Dalton İntizar” ləqəbli qaydasız döyüş idmançısı İntizar Babaniyazovun Azərbaycan ərazisində olduğunu müəyyən ediblər.
Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, Babaniyazov “Daltonlar” dəstəsi adından hədələyici görüntülü zənglər və xərac tələb etmək, o cümlədən silahlı hücumların təşkilində ittiham olunur.
Babaniyazov Azərbaycan hüquq-mühafizə orqanları ilə koordinasiyalı əməliyyat nəticəsində saxlanılıb və ölkədəki hüquqi prosedurlar tamamlandıqdan sonra İstanbula aparılıb. İstanbul məhkəməsinin qərarı ilə həbs olunan cinayətkar Maltəpə həbsxanasına yerləşdirilib.
Məlumata görə, Babaniyazov xaricdəki “Daltonlar” cinayət dəstəsində mühüm rol oynayıb.
Qeyd edək ki, son aylarda adıçəkilən dəstənin xaricdəki bir çox üzvləri Milli Kəşfiyyat Təşkilatının (MİT) dəstəyi ilə həyata keçirilən əməliyyatlar nəticəsində saxlanaraq Türkiyəyə gətirilmişdi.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:İntizar oğlunu evləndirir
09 Aprel 2025 23:23
Sonsuz intizar Frensis Fitsceraldın hekayəsi
21 Dekabr 2025 15:13
Bakı məlumat verdi, türk polisi əməliyyat keçirdi Video
14 Noyabr 2025 14:15
İstanbul Bələdiyyəsində növbəti əməliyyat 47 nəfər...
31 May 2025 11:34
İstanbul Hava Limanında əməliyyat: yarım ton kokain...
05 Aprel 2025 15:28
Baxış sayı:80
Bu xəbər 23 Yanvar 2026 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















