Icma.az
close
up
RU
Daşkənddə BMU ilə TIIAME arasında memorandum imzalanıb FOTO

Daşkənddə BMU ilə TIIAME arasında memorandum imzalanıb FOTO

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “QS Avrasiya Forumu 2025” çərçivəsində Bakı Mühəndislik Universiteti (BMU) ilə “Daşkənd Suvarma və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Mühəndisləri İnstitutu” Milli Tədqiqat Universiteti (TIIAME) arasında əməkdaşlığa dair memorandum imzalanıb.

"Unikal" xəbər verir ki, imzalanma mərasimində çıxış edən BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, sənəd iki ali təhsil müəssisəsi arasında akademik və elmi əməkdaşlığın sistemli şəkildə genişləndirilməsinə xidmət etməklə yanaşı, Azərbaycanla Özbəkistanın dostluq və strateji tərəfdaşlığının təhsil sahəsində real nəticələrini əks etdirir. Rektor vurğulayıb ki, Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin qarşılıqlı etimada əsaslanan əlaqələri ali təhsil sahəsində müştərək layihələrin həyata keçirilməsi üçün geniş perspektivlər yaradır. Gələcək əməkdaşlığın əsas istiqamətlərinə diqqət çəkən rektor qeyd edib ki, sənədin məhz “QS Avrasiya Forumu 2025” çərçivəsində imzalanması tərəflər arasında əməkdaşlığın regional və beynəlxalq miqyasda əhəmiyyətini daha da artırır.

TIIAME-nin rektoru Baxodir Mirzaev isə çıxışında BMU ilə əməkdaşlığın onlar üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, imzalanan memorandumu gələcək birgə elmi tədqiqatlar, tələbə-müəllim mübadiləsi, eləcə də qarşılıqlı innovativ təşəbbüslərin reallaşdırılması baxımından mühüm addım kimi qiymətləndirib. 

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 17-ci istiqamətin həyata keçirilməsinə mühüm töhfə verəcək memorandum, o cümlədən universitetlər arasında akademik və tədqiqat sahələrində birgə fəaliyyətlərin təşviqi, müəllim və tələbə mübadiləsi, elmi nəşrlərin paylaşılması və tədris proqramları, müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tutur. 

Qeyd edək ki, TIIAME mühəndislik, kənd təsərrüfatı və ətraf mühit elmləri üzrə ixtisaslaşmış aparıcı ali məktəbdir. 1934-cü ildə təsis edilən və 2021-ci ildə  Milli Tədqiqat Universiteti statusu alan TIIAME Mərkəzi Asiyanın ən nüfuzlu ali təhsil müəssisəsi kimi su, ərzaq, iqlim və dayanıqlı inkişaf sahəsində qlobal problemlərə həll yolları tapmaq məqsədilə yüksəkixtisaslı mütəxəssislər hazırlayır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://unikal.az
archiveBu xəbər 26 Noyabr 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri