Icma.az
close
up
RU
Davosda Gəncə ilə bağlı MÜHÜM SAZİŞ AYİB in krediti ilə hansı lahiyələr REALLAŞDIRILACAQ?

Davosda Gəncə ilə bağlı MÜHÜM SAZİŞ AYİB in krediti ilə hansı lahiyələr REALLAŞDIRILACAQ?

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda iştirak edir. Forum çərçivəsində ölkə başçısı bir çox mühüm görüşlər keçirib. Azərbaycan Prezidenti yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşüb.
Görüş zamanı AYİB-in prezidentə ölkəmizlə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında həyata keçirilən bir sıra layihələrə toxunaraq, bu xüsusda Gəncə şəhərinin su təsərrüfatı ilə bağlı layihənin icra olunmasının Bank tərəfindən maliyyələşdirilməsinə razılığın verildiyini bildirib.
Ölkəmizdə həyata keçirilməsi nəzərdə tutulan vacib layihələrdən danışan Prezident İlham Əliyev su təsərrüfatı, nəqliyyat, Bakı şəhərinin inkişafı istiqamətlərində icra olunan işləri qeyd edib.
Söhbət zamanı Avropaya yaşıl enerjinin ixracı, bununla bağlı həm Gürcüstanla, həm də Mərkəzi Asiya ölkələri ilə regional əməkdaşlıq layihələri və imkanları barədə müzakirələr aparılıb. Sonra imzalanma mərasimi olub.
Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit sazişi”ni İqtisadiyyat naziri Mikayıl Cabbarov və Bankın birinci vitse-prezidenti Yurqen Riqterink imzalayıblar.
Hansı işlər görüləcək?

Layihəyə əsasən Gəncə şəhərində 855 kilometr içməli, 813 kilometr tullantı su şəbəkəsinin yaradılması nəzərdə tutulur. Həmçinin, Gəncə şəhərində yaranacaq tullantı sularının təmizlənib zərərsizləşdirilməsi üçün gələcəkdə Samux rayonu ərazisində məhsuldarlığı sutkada 110 min kubmetr olacaq təmizləyici qurğunun inşası da layihəyə daxildir.
Yenidən qurulan Gəncə

Regionların davamlı inkişafı hər zaman olduğu kimi bu gün də Ölkə başçısının diqqət mərkəzindədir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda nəhəng quruculuq abadlıq işləri aparılır. Doğma ocaqlarından didərgin düşmüş insanların yenidən öz dədə-baba ocaqlarına ən qısa zamanda qayıtması üçün ölkə başçısının biləvasitə göstərişi ilə bölgədə iri miqyaslı layihələr icra olunur.
Bununla paralel, digər bölgələrin də inkişafı daim diqqət mərkəzində saxlanılır və Bakı ilə yanaşı həmin şəhərlərin də böyüyüb gözəlləşməsi üçün bütün zəruri tədbirlər görülür.
Məlumdur ki, Gəncə tarix boyu Azərbaycanın mənəvi mərkəzi olub. Məhz bu səbəbdən də Gəncənin inkişafı, tarixi abidələrinin, mədəni binaların mühafizəsi və bərpası hökumətimiz üçün prioritet olub. Tək bir faktı deyək ki, son illərdə Gəncədə 180-dən artıq tarixi və mədəni abidə əsaslı şəkildə bərpa olunub. Yenidən qurulan Gəncə Qala Qapıları Kompleksi sözün həqiqi mənasında gözəl memarlıq nümunəsidir.
Burada Gəncə əhalisinin tarixi məişəti, mədəniyyəti haqqında məlumat verən etnoqrafik muzey yaradılıb. Həmçinin kompleks Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun inzibati binası kimi istifadə olunur.
Son zamanlar bərpa olunan tarixi və mədəni abidələr sırasına Nizami Gəncəvi məqbərəsi və Nizami Gəncəvi muzeyi, Şah Abbas karvansarası, Xan bağı və digər nadir nümunələri daxildir.
Gəncə Üçüncü MDB Oyunlarına ev sahibliyi etməyə hazırlaşır
Böyüyüb inkişaf edən Gəncə həm də beynəlxalq tədbirlərin keçirildiyi bir mərkəzə çevrilib. Tək bir faktı deyək ki, bu ilin oktyabrında Gəncə mötəbər bir tədbirə ev sahibliyi edəcək. Söhbət Üçüncü  MDB Oyunlarından gedir. Beləcə, yaxın aylarda Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq.
Bu məqsədlə Gəncədə yeni stadion inşa edilir. Sözügedən stadionun təməlqoyma mərasimi 2024-cü il aprelin 9-da keçirilib.
UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa ediləcək stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 464 yerlikdir. Stadionda VVIP, VIP, SKY-box, media nümayəndələri və fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaq sahələri, futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və sair zəruri sahələr nəzərdə tutulur.
Gəncə Olimpiya Kompleksi
Bir neçə ay bundan əvvəlsə Gəncədə ölkəmizin ən böyük Olimpiya İdman Kompleksinin açılışı olub. Kompleksin tikintisinə 2018-ci ilin iyununda başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri 2024-cü ilin martında tam başa çatdırılıb. Gəncə Olimpiya Kompleksinin yaradılan şərait baxımından ölkədə analoqu yoxdur. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Nəzərə alaq ki, 2015-ci ilin Avropa Oyunlarında Bakıya təqribən 5000-5500 iştirakçı gəlmişdi. Bu dəfə isə iştirakçıların sayı daha çoxdur.
Ona görə də Gəncə şəhərində 7000 iştirakçını, onların komandalarını, heyətlərini qəbul etmək üçün böyük layihələr icra olunur. Təbii ki, bu layihələr son nəticədə yerli əhalinin məşğulluğuna, onların asudə vaxtlarının səmərəli keçirilməsinə hesablanıb. Bu mənada Davosda imzalanan son saziş gəncəlilər üçün mühüm yeniliklərə səbəb olacaq.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Yanvar 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see351

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see187

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see141

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see139

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see136

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see133

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see127

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see126

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see124

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see123

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see120

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see119

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see118

Azər Həşimov: Məğlub olsaq da...

31 Avqust 2025 20:24see114

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see114

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri