Icma.az
close
up
RU
”Daxili sabitliyin qorunması bütövlükdə cəmiyyətin məsuliyyətidir”

”Daxili sabitliyin qorunması bütövlükdə cəmiyyətin məsuliyyətidir”

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın müasir inkişaf tarixində siyasi sabitlik, milli həmrəylik və dövlətçilik dəyərləri ölkənin dayanıqlı inkişafının mühüm amillərindən biri kimi çıxış edir. Bu baxımdan cəmiyyət daxilində qarşıdurma yaratmağa, ictimai həmrəyliyi zəiflətməyə və dövlət institutlarına inamı sarsıtmağa yönələn fəaliyyətlər xüsusi diqqət tələb edir. Çünki müasir dövrdə dövlətlərin üzləşdiyi təhdidlər yalnız hərbi və ya iqtisadi xarakter daşımır, informasiya və ictimai-siyasi müstəvidəki təsirlər də milli təhlükəsizlik məsələsinin mühüm tərkib hissəsinə çevrilib.

Prezident İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən bu məsələyə diqqət çəkib. Dövlət başçısı Azərbaycanın təhlükəsizlik mühitindən danışarkən ölkələrdə sabitliyin və ictimai həmrəyliyin qorunmasının vacibliyini vurğulayıb: “Azərbaycanda xain, antimilli, satqın strukturlar mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur.” 
Prezident eyni zamanda qeyd edib ki, mənəvi dəyərlərə, ənənələrə və həyat tərzinə sadiqlik Azərbaycan cəmiyyətində əsas istiqamətlərdən biridir.

Bu, dövlətçilik və milli həmrəylik məsələlərinin həm də cəmiyyətin sosial-mənəvi dayaqları kontekstində nəzərdən keçirilməsinin vacibliyini göstərir. 

Cəmiyyətin sabitliyi vətəndaşların hüquqi dövlət prinsiplərinə münasibəti, ictimai məsuliyyət, problemlərin sivil dialoq yolu ilə formalaşır.

Müasir dünyada informasiya mühiti isə bu proseslərə yanaşmanı dəyişib. Sosial şəbəkələrin fəaliyyəti nəticəsində məlumatın yayılma sürəti kəskin artıb. Bununla yanaşı, təsdiqlənməmiş informasiyalar, manipulyativ məzmun, kontekstdən çıxarılmış fikirlər və məqsədli dezinformasiya cəmiyyətin emosional reaksiyalarına təsir göstərir. Təəssüf ki, bir qrup antimilli ünsür ölkə hüdudlarından kənarda dövlətçilik əleyhinə fəaliyyət göstərir. Onlar qərəzli dairələrin təsiri altında, maliyyə maraqlarını dövlətçilik maraqlarından üstün tuturaraq, ölkəmizə qarşı qarayaxma kampaniyasına qoşulublar. Bu çirkin fəaliyyət yolverilməzdir.

Belə şəraitdə media savadlılığı və informasiyanın mənbəyinin yoxlanılması ictimai təhlükəsizliyin mühüm elementlərindən birinə çevrilir.

Prezident İlham Əliyev də çıxışında sabitliyi pozmaq cəhdlərinin gələcəkdə də davam etdirilə biləcəyini bildirib. Dövlət başçısının sözlərinə görə, müəyyən beynəlxalq mərkəzlərdən ölkələrin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır. Həmçinin müxtəlif media strukturları vasitəsilə ictimai həmrəyliyin pozulmasına, yad narrativlərin və dəyərlərin aşılanmasına yönəlmiş cəhdlər də mövcuddur.

Bu yanaşma informasiya təhlükəsizliyinin müasir dövlətçilik sistemində artan əhəmiyyətini ortaya qoyur. Artıq hər hansı ölkənin sabitliyinə təsir göstərmək üçün yalnız ənənəvi siyasi və ya hərbi vasitələrdən istifadə olunmur. İnformasiya platformaları, sosial media, kiberməkan və müxtəlif kommunikasiya kanalları ictimai rəyə təsir imkanlarını genişləndirib. Bu səbəbdən cəmiyyətin informasiyaya tənqidi yanaşması və faktla manipulyativ məzmunu bir-birindən ayırmaq bacarığı mühüm əhəmiyyət daşıyır.

Digər mühüm məsələ isə fərqli siyasi və ictimai baxışların ifadə olunması ilə qanunsuz fəaliyyət arasında sərhədin düzgün müəyyən edilməsidir. Siyasi mövqelər qanun çərçivəsində sərbəst ifadə oluna, ictimai müzakirələr və tənqid vasitəsilə fərqli yanaşmalar ortaya qoyula bilər. Lakin zorakılıq, konstitusiya quruluşuna qarşı qanunsuz hərəkətlər və ictimai təhlükəsizliyi pozmağa yönələn fəaliyyətlər artıq hüquqi məsuliyyət müstəvisinə keçir.

Azərbaycanın müstəqillik tarixində sabitliyin qorunması məsələsi dəfələrlə gündəmə gəlib. Dövlət başçısının müxtəlif illərdəki çıxışlarında da xalq-iqtidar birliyi, siyasi sabitlik və dövlət müstəqilliyinin qorunması məsələləri xüsusi vurğulanıb.
Bugünkü reallıq isə göstərir ki, sabitliyin qorunması siyasi institutlarla yanaşı  bütövlükdə cəmiyyətin məsuliyyətidir. Vətəndaşların hüquqi və siyasi proseslərdə iştirak etməsi, fərqli mövqelərin qarşılıqlı hörmət şəraitində ifadə olunması, qanunun aliliyinə əməl edilməsi və informasiya mənbələrinin düzgün qiymətləndirilməsi sağlam ictimai mühitin formalaşmasına xidmət edir.

Qarşıda duran əsas vəzifələrdən biri də dövlətçilik düşüncəsinin yeni nəsillər arasında möhkəmləndirilməsi, milli həmrəyliyin qorunması və cəmiyyətdə qarşıdurma yarada biləcək manipulyativ təsirlərə qarşı məlumatlılığın artırılmasıdır. Bu prosesdə dövlət qurumları ilə yanaşı, media, təhsil müəssisələri, vətəndaş cəmiyyəti və ayrı-ayrı vətəndaşların da üzərinə mühüm məsuliyyət düşür.

İnformasiya müharibələrinin, dezinformasiyanın və sosial manipulyasiyanın genişləndiyi bir dövrdə milli həmrəylik əsas faktordur. Cəmiyyətin ümumi dövlətçilik maraqları ətrafında həmrəyliyə üstünlük verməsi isə sabitliyin sosial əsaslarını möhkəmləndirən əsas amillərdəndir.

Könül Nurullayeva,

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://adalet.az
archiveBu xəbər 22 Sentyabr 2026 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see717

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see557

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see554

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see320

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see314

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see308

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see273

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see269

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see263

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see262

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see262

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see261

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see260

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see257

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see235

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see215

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see210

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see206

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri