DÇ 2026 da ilk əlavə vaxt Almaniya və Paraqvay 90 dəqiqəyə sığmadı
Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
DÇ-2026-da əlavə vaxta gedən ilk qarşılaşma Almaniya - Paraqvay oyunu olub.
Apasport.az xəbər verir ki, 1/16 final mərhələsində keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
Bu, Almaniyanın dünya çempionatları tarixində əlavə vaxta gedən 12-ci oyunu kimi qeydə alınıb.
Bundən əvvəl almanlar mundiallarda 1966-cı ildə İngiltərə, 1970-ci ildə İngiltərə və İtaliya, 1982-ci ildə Fransa, 1986-cı ildə Meksika, 1990-cı ildə İngiltərə, 2006-cı ildə Argentina və İtaliya, 2010-cu ildə İngiltərə, 2014-cü ildə Əlcəzair və Argentina ilə oyunlarda əlavə vaxt oynamışdı.
Paraqvay üçün isə bu, dünya çempionatları tarixində 3-cü əlavə vaxtdır.
Cənubi Amerika təmsilçisi 1998-ci ildə Fransaya əlavə vaxtda “qızıl qol”la uduzub, 2010-cu ildə isə Yaponiya ilə 0:0 bitən oyunda penaltilər seriyasında qalib gəlib.
Dembelenin het-triki tarixə düşdü - 69 ildə 2-ci 24 illik həsrət sona çatdı - Türkiyənin DÇ-dəki ilk qolu Sane tarixə düşdü - Almaniyanın ən erkən ikinci qolu Bosniya millisində tarixi qol - Alaybeqoviç rekord qırdı Kanada tarix yazdı - İlk dəfə qrupdan çıxdı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 30 İyun 2026 02:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















