Icma.az
close
up
RU
“DÇ yə İran əvəzinə İtaliya qatılsın”

“DÇ yə İran əvəzinə İtaliya qatılsın”

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Paolo Zampollinin FIFA-ya müraciət edərək, İranın yerinə İtaliyanın 2026-cı il Dünya Çempionatına daxil edilməsini təklif etdiyi bildirilir.

“Qafqazinfo” xəbər verir ki, bu baeədə “Financial Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, bu təşəbbüs Trampla İtaliyanın Baş naziri Corciya Meloni arasında münasibətlərin yaxşılaşdırılması cəhdi kimi qiymətləndirilir. Qeyd olunur ki, daha əvvəl Trampın İranla bağlı açıqlamalarında Papa XIV Leona yönəlmiş fikirlər iki lider arasında gərginliyə səbəb olmuşdu.

Qəzetə danışan Zampolli bildirib ki, o, həm Donald Trampa, həm də FIFA Prezidenti Canni İnfantinoya bu təklifi təqdim edib.

“Bir italyan olaraq ABŞ-nin ev sahibliyi etdiyi turnirdə “Azzurri”ni (İtaliya milli futbol komandası bu adla tanınır - red.) görmək xəyal olardı. Dördqat dünya çempionunun iştirak etməsi üçün kifayət qədər əsas var”, - deyə o qeyd edib.

Dünya futbolunun aparıcı komandalarından biri olan İtaliya isə son seçmə mərhələsində uğursuz çıxış edərək ardıcıl üçüncü dəfə DÇ-yə vəsiqə qazana bilməyib. Komanda mart ayında pley-off finalında Bosniya və Herseqovinaya penaltilər seriyasında 4:1 hesabı ilə məğlub olub.

Zampollinin təklifi İtaliyada müəyyən müzakirələrə səbəb olsa da, FIFA-nın bu məsələyə necə reaksiya verəcəyi hələlik məlum deyil.

Digər tərəfdən, İran tərəfi turnirdə iştirak niyyətində olduğunu bəyan edib. Tehran rəsmiləri ölkənin DÇ-yə hazır olduğunu və iştirak planlarının qüvvədə qaldığını açıqlayıblar.

Məsələ ilə bağlı Ağ Ev, FIFA, İtaliya Futbol Federasiyası və ya İran Futbol Federasiyası tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Aprel 2026 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri