Icma.az
close
up
RU
Dəhlizlər üzrə rəqabət bundan sonra daha da kəskinləşəcək Rauf Ağamirzəyev

Dəhlizlər üzrə rəqabət bundan sonra daha da kəskinləşəcək Rauf Ağamirzəyev

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

“Əsas məsələ artıq kim hansı yolu tikir deyil”“Alternativ marşrutların üstünlükləri həlledici olacaq”

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına ünvanladığı müraciətində Azərbaycanın nəinki regional mərkəz, həm də Avropa və Asiyanı birləşdirən etibarlı bağlantı olduğunu, Zəngəzur dəhlizinin də bu marşrutda güvənilən halqa olacağını vurğulayıb.

Prezident öz müraciətində qeyd edib ki, Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib. Orta Dəhliz Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirir. Formalaşmaqda olan Zəngəzur dəhlizi – TRIPP laihəsi əlaqəlilik marşrutu kimi də tanınır. Və bu dəhliz Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək və bütün Avrasiya məkanında ticarət, investisiya və sənaye əməkdaşlığı üçün yeni imkanlar yaradacaq. 

Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev Sherg.az-a açıqlamasında bildirdi ki, hazırda dünyada dəhlizlər üzrə rəqabət güclənir: 

- II Qarabağ müharibəsindəki zəfərdən sonra Azərbaycan regional nəqliyyat xəritəsində ardıcıl addımlar atmağa başladı. Zəngəzur dəhlizi layihəsi çərçivəsində Horadiz–Ağbənd dəmir yolunun bərpası ilə başlayan proses sonrakı illərdə daha da genişləndi. 2024-cü ildən Ələt–Osmanlı–Astara dəmir yolu xəttinin yenidən qurulmasına başlanılıb. Layihənin 60 km-lik I mərhələsinin 2027-ci ildə tamamlanması planlaşdırılır. Eyni zamanda Osmanlı–Horadiz istiqamətində dəmir yolu infrastrukturunun yenilənməsi həyata keçirilir. 2025-ci ildə Ordubad–Salamməlik–Ermənistan sərhədi dəmir yolu və Türkiyə ərazisində Qars–İğdır–Aralık–Dilucu dəmir yolu layihələrinə start verildi. Bu il Naxçıvandakı dəmir yolu infrastrukturunun əsaslı təmirinə başlanılıb. Ermənistan ərazisində isə TRIPP layihəsi üzrə ilkin mühəndis-axtarış işləri aparılır. Azərbaycan bununla yanaşı, İran üzərindən Araz dəhlizi çərçivəsində Kəlalə–Ağbənd avtomobil yolu körpüsünü istifadəyə verdi. Bu, regional nəqliyyat bağlantılarının şaxələndirilməsi baxımından mühüm addımdır. Lakin proses artıq yalnız Azərbaycan və Türkiyənin layihələri ilə məhdudlaşmır. İranda Mərənd–Çeşmə-Soraya–Aralık dəmir yolu layihəsi ilə bağlı son dövrlərdə aktiv məlumatlar yayılır. Layihəyə mən şəxsən skeptik yanaşıram. Çünki burada yalnız yeni bir dəmir yolunun tikintisindən deyil, mövcud və tarixi marşrutların yaratdığı rəqabətdən danışmaq lazımdır. İranın Ermənistandakı səfiri Xəlil Şirğolaminin sentyabrın 17-dəki açıqlaması bu baxımdan xüsusilə diqqətçəkəndir. O, İranın “Sülh kəsişməsi”nə dəstəyini ifadə etməklə yanaşı, kəsişmənin həm Qərb–Şərq, həm də Şimal–Cənub hərəkətini əhatə etməli olduğunu bildirib. Səfir Azərbaycanın Naxçıvan vasitəsilə Ermənistanla İran arasında dəmir yolu əlaqəsi imkanını təmin etməli olduğunu və Yerasx–Culfa bağlantısının Ermənistanı Fars körfəzi ilə Qara dənizi birləşdirən tranzit qovşağına çevirə biləcəyini deyib. 

R.Ağamirzəyev bildirdi ki, burada mühüm məqam var: 

- İran üçün söhbət yalnız Azərbaycan–Naxçıvan bağlantısından getmir. Tehran üçün Naxçıvan üzərindən keçən marşrut həm Fars körfəzi–İran–Naxçıvan–Ermənistan–Qara dəniz istiqamətinə, həm də Van gölünü yan keçməklə Türkiyəyə çıxışa imkan verən alternativ bağlantıdır. Üstəlik, bu marşrut yeni deyil. İrəvan–Uluxanlı–Noraşen–Culfa–Təbriz dəmir yolu xətti 1908-ci ildən fəaliyyət göstərir. Bu tarixi xətt Naxçıvanın regional dəmir yolu şəbəkəsindəki əhəmiyyətini göstərir. Məhz buna görə Türkiyə ərazisində Qars–İğdır–Aralık–Dilucu xəttinin, Azərbaycan tərəfində isə Ordubad–Salamməlik–sərhəd istiqamətinin tikilməsi yalnız Zəngəzur dəhlizinin yaradılması kimi qiymətləndirilməməlidir. Bu layihələr Naxçıvan üzərindən keçən tarixi marşrutun yenidən regional tranzit sisteminə inteqrasiyası və onun əhəmiyyətinin artırılması deməkdir. Belə olan halda Mərənd–Çeşmə-Soraya–Aralık xətti də sadəcə yeni İran–Türkiyə dəmir yolu kimi deyil, Naxçıvan üzərindən formalaşan marşrutla potensial rəqabət aparan paralel bağlantı kimi nəzərdən keçirilməlidir. Digər tərəfdən, səfirin açıqlaması göstərir ki, İranın Naxçıvan üzərindən Ermənistan və daha sonra Qara dəniz istiqamətinə çıxışa marağı var. Əgər məqsəd həqiqətən Fars körfəzi ilə Qara dənizi birləşdirən yeni tranzit xətti yaratmaqdırsa, onda Naxçıvan marşrutunun potensialı ayrıca qiymətləndirilməlidir. Burada əsas məsələ artıq “kim hansı yolu tikir?” deyil. Əsas məsələ eyni yük bazarı uğrunda yaranan alternativ marşrutların hansı məsafə, vaxt, tarif, tutum və sərhəd keçidi üstünlüklərinə malik olacağıdır. Bu onu göstərir ki, dəhlizlər üzrə rəqabət məhz bundan sonra daha da kəskinləşəcək. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Sentyabr 2026 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see717

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see557

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see554

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see320

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see314

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see308

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see273

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see269

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see263

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see262

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see262

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see261

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see260

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see257

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see235

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see215

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see210

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see206

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri