Dəmir yolu işçilərinin peşə bayramı və fəaliyyətlərinin 145 ili qeyd olunur FOTO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Oktyabrın 13-də Azərbaycanda Dəmir yolu işçilərinin peşə bayramı günü bu il xüsusi əhəmiyyət daşıyır. Belə ki, 2025-ci ildə Azərbaycan dəmir yollarının yaradılmasının 145 illiyi tamam olur. Bu əlamətdar yubiley münasibətilə ölkə üzrə silsilə tədbirlər keçirilir.
Avtosfer.az xəbər verir ki, dəmir yolu sistemi Azərbaycanda ilk dəfə 1875-ci ildə – Bakı-Sabunçu xəttinin istifadəyə verilməsi ilə fəaliyyətə başlayıb. Bu tarixdən etibarən dəmir yolları ölkənin iqtisadi və sosial inkişafında, eləcə də beynəlxalq nəqliyyat əlaqələrinin qurulmasında mühüm rol oynayıb.
Hazırda Azərbaycan dəmir yolları beynəlxalq nəqliyyat dəhlizlərinin – o cümlədən Şimal-Cənub və Şərq-Qərb marşrutlarının əsas tərkib hissələrindən biri kimi fəaliyyət göstərir. Regionda artan logistik imkanlar fonunda dəmir yolu sisteminin modernləşdirilməsi və genişləndirilməsi prioritet istiqamətlərdəndir.
145 illik yubiley və peşə bayramı münasibətilə bütün dəmir yolu işçilərini təbrik edir, onların məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 13 Oktyabr 2025 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















