Icma.az
close
up
RU
Dənizçilərin sənədləri saxtalaşdırılıb Bu şəxslər cəzalandırılacaq

Dənizçilərin sənədləri saxtalaşdırılıb Bu şəxslər cəzalandırılacaq

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son dövrlərdə Dövlət Dəniz və Liman Agentliyi (DDLA) tərəfindən verilən dənizçi sənədlərinin saxtalaşdırılması hallarının artması müşahidə olunur. Belə hallar qanun pozuntusu olmaqla yanaşı, ölkəmizin müvafiq sahə üzrə beynəlxalq öhdəliklərinin icrasına da zərər vurur, dəniz üzgüçülüyünün təhlükəsizliyi, insan həyatı və dəniz ətraf mühiti üçün ciddi risklər yaradır.

Bu barədə Modern.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, 2024–2025-ci illər ərzində aparılmış araşdırmalar nəticəsində 14 şəxsə aid ümumilikdə 21 saxta sənəd aşkar edilib. Bunlardan 8-i sertifikat (diplom), 13-ü xüsusi hazırlıq şəhadətnaməsidir. Saxta sənədlərdən 5-i xarici ölkələrin gəmiçilik şirkətləri və ya bayraq dövlətlərinin sorğuları əsasında, 16-sı isə vətəndaşların sənəd yenilənməsi və ya yeni sənəd əldə edilməsi məqsədilə Agentliyə müraciətləri zamanı müəyyən olunub. Aşkarlanmış bütün hallar üzrə materiallar hüquq-mühafizə orqanlarına təqdim edilib. Dənizçi sənədlərinin saxtalaşdırılması hallarına qarşı mübarizə məsələləri beynəlxalq səviyyədə “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli, əlavələr edilmiş Beynəlxalq Konvensiyanın (DHDNÇ) I/5-ci Qaydası ilə tənzimlənir.

Dənizçi sənədlərinin saxtalaşdırılması hallarına qarşı mübarizə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsi, Ticarət Gəmiçilik Məcəlləsinin 44.4 maddəsi ilə tənzimlənir.

Həmçinin “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə”nin 1.6-cı maddəsi – sənəd saxtakarlığı halı aşkar edildikdə Agentliyin müvafiq tədbirlər görmək səlahiyyətini müəyyən edir.

Dənizçi sənədlərinin saxtalaşdırılmasının qarşısını almaq və bu sahədə şəffaflığı təmin etmək məqsədilə qanunvericilikdə dəyişikliklərlə bağlı təkliflər hazırlanıb.

Saxta sənədlərdən istifadə dəniz üzgüçülüyünün təhlükəsizliyinə, dənizçilərin sosial rifahına, əmlaka və dəniz ətraf mühitinə ciddi risklər yaradır. Eyni zamanda, bu hallar Azərbaycanın Beynəlxalq Dəniz Təşkilatının “Ağ Siyahı”sında mövqeyini zəiflədə, ölkəmizin beynəlxalq imicinə mənfi təsir göstərə və dənizçilərimizin xarici gəmilərdə iş imkanlarını məhdudlaşdıra bilər.

Beynəlxalq Dəniz Təşkilatı DHDNÇ Konvensiyasının tələbinə əsasən tərəf dövlətlər özünün verdiyi dənizçi sənədlərinin həqiqiliyini maraqlı tərəflərin fasiləsiz və etibarlı şəkildə yoxlamaq imkanını təmin etməlidir. Bu baxımdan, Agentliyin rəsmi internet səhifəsində yaradılmış “Sertifikatların yoxlanılması” bölməsi fasiləsiz olaraq Agentlik tərəfindən verilmiş dənizçi sənədlərinin həqiqiliyinin yoxlanılması imkanını yaradır (//e-services.ardda.gov.az:8090/)

Agentlik bir daha bildirir ki, dənizçi sənədlərinin saxtalaşdırılması, qanunsuz hazırlanması və ya saxta sənədlərdən istifadə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Bu baxımdan, Agentlik bütün aidiyyəti tərəfləri, xüsusilə dənizçiləri bu kimi hallardan çəkinməyə və oxşar hallarla rastlaşdıqda, dərhal Agentliyi məlumatlandırmağa çağırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Sentyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see138

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri