Icma.az
close
up
RU
Deputatdan ata oğul Okampolara: Samvel Karapetyandan heç də fərqlənmirlər

Deputatdan ata oğul Okampolara: Samvel Karapetyandan heç də fərqlənmirlər

Olke.az saytına istinadən Icma.az xəbər verir.

 “Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru, indi isə muzd qarşılığında və ailə podratı metodu ilə cinayət, o sıradan da Ermənistanda hakimiyyət çevrilişi planlaşdıran Luis Okamponun oğlu ilə danışıqlarının yayıldığı videoda Avropa Parlamentinin fəaliyyəti və iş prinsipi də öz əksini tapdığından, bəlkə də, o qurumun 30 aprel qətnaməsinə toxunmağa elə də ehtiyac duyulmur. Amma məsələ və paradoks da burasındadır ki, bu qətnamə Avropa İttifaqının Ermənistana göndərməyi planlaşdırdığı missiyanın guya qarşısını almalı olduqları narrativlərlə doludur. Və görürük ki, hazırda regionda məhz sülhü və sülh gündəliyini dəstəklədiyinə görə hədəfə çevrilən Ermənistan hakimiyyəti əleyhinə aparılan hibrid savaşın platformalarından biri də məhz Avropa Parlamentidir”.

Ölkə.az xəbər verir ki, bunu deputat Sahib Alıyev deyib.

Onun sözlərinə görə, həmin Parlamentin sözügedən qətnaməsindəki ən azı 5 maddə göstərir ki, burada əsas məqsəd Ermənistanda demokratik yox, revanşist dayanıqlığı dəstəkləməkdir. “Bəli, biz bilirik ki, oradakı solçu fraksiyalarda bizim regionda sülhü özünün burada təsir gücünün tam itirilməsi kimi qiymətləndirənlərə muzdla çalışanlar var. Amma məsələ burasındadır ki, daha bir neçə fraksiya, ilk növbədə də özəyini Fransa Prezidenti Makronun Renaissance Partiyasının təşkil etdiyi Renew Europe, yəni Yeniləşən Avropa da canfəşanlıq edənlər sırasındadır. Baxın, Fransa Prezidenti bir tərəfdən Rusiyanın Ermənistana qarşı apardığı hibrid savaşın önünü kəsəcək sərkərdə oyunu oynayır, digər tərəfdən isə hay diasporunun hibrid savaş aparmaqda suçlandırdıqlarının maraqlarını tam özündə əks etdirən forumunun Parisdə keçirilməsinə şərait yaradır.

Kim bilmir ki, Belçika və Niderland parlamentlərinin antisülh xarakterli son qətnamələrinin sifarişçilərindən biri də məhz Fransadır”, -  o vurğulayıb. 

 Deputatın fikrincə, Avropa İttifaqı doğrudan da bu regionda sülhdə və Cənubi Qafqazın subyektliyində maraqlıdırsa, onda yaxşı olmazmı ki, Ermənistana göndərməyi planlaşdırdığı mülki missiyaya elə yerində qalaraq oradakı platformalar üzərindən aparılan hibrid təhdidlərin qarşısının alınmasını tapşırsın: “Bir daha vurğulayırıq ki, həmin platformalardan da biri Avropa İttifaqının natamamlıq kompleksi rəmzinə çevrilən Avropa Parlamentidir.

Yeri gəlmişkən, mən bu fikirdəyəm ki, guya Paşinyana dəstək adı altında Avropa İttifaqının Ermənistanda keçirməyi planlaşdırdığı sammit regionda bölücü xətlərin çəkilməsinə xidmət edir. Və elə həmin gün Gümrüyə- Rusiya hərbi bazasının yerləşdiyi şəhərə baş çəkməyi planlaşdıran Fransa Prezidentinin məqsədi Moskvaya “iki missiya ilə bizim də artıq burada mövcudluğumuzu nəzərə alaraq gəlin 1878-ci il Berlin konqresinin məntiqindən çıxış edərək Ermənistanı şərikli forposta çevirək” ismarıcını vermək üçündür. Son günlər rəhbərləri Azərbaycana səfər edən və etməyi planlaşdıran ölkələr də əslində göstərdilər ki, Avropa İttifaqında belə bölücü yanaşmanı milli maraqlarına təhdid kimi qiymətləndirir və dəstəkləmirlər. 

Mən regiona yanaşmada Berlin Konqresində "hay məsələsi"ni qaldıranların məntiqindən çıxış edərək siyasət yeridənləri qətiyyətlə pisləyirəm. Avropa Parlamenti ilə hər cür əlaqələrə son qoymağı təklif edirəm. Və Ermənistan hakimiyyətini də, o ölkənin iç işlərinə kobud müdaxilə edərək orada hakimiyyət çevrilişi planlaşdıran ata-oğul Okampoları beynəlxalq axtarışa verməyə çağırıram. Bu baxımdan onlar haqqında cinayət işi qaldırılan Samvel Karapetyandan çox da fərqlənmirlər”.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 May 2026 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri