Icma.az
close
up
RU
Xəstəyə dərmandan əvvəl ümid verənlər: Ağ xalatlı insanlara təşəkkür!

Xəstəyə dərmandan əvvəl ümid verənlər: Ağ xalatlı insanlara təşəkkür!

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məşhur ukraynalı pedaqoq Vasili Aleksandroviç Suxomlinskinin insanlıq və peşə məsuliyyəti haqqında dərin məna daşıyan belə bir fikri var: “Dünyada həkim və pedaqoq peşəsindən daha humanist bir peşə yoxdur”.

Bu fikir insan həyatının qorunmasına və şəxsiyyətin formalaşmasına xidmət edən iki müqəddəs peşənin mənəvi mahiyyətini ifadə edir.

Həqiqətən də həkimlik yalnız tibbi bilik, təcrübə və peşə bacarığı deyil, eyni zamanda insana sevgi, mərhəmət, səbir, vicdan və yüksək məsuliyyət tələb edən bir peşədir. İnsan sağlamlığı ilə bağlı narahatlıq keçirdiyi zaman fiziki ağrı ilə yanaşı, qorxu və mənəvi gərginlik də yaşayır. Belə anlarda onu diqqətlə dinləyən, vəziyyətini izah edən və səmimi münasibəti ilə rahatlıq gətirən həkim xəstə üçün böyük mənəvi dayaq olur.

Ötən həftə səhhətimdə yaranan narahatlıq, xüsusilə ürək döyüntülərimlə bağlı hiss etdiyim dəyişikliklər məni Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna müraciət etməyə vadar etdi. Təbii ki, hər bir pasiyent kimi mən də tibb müəssisəsinə daxil olarkən müəyyən həyəcan və tərəddüd keçirirdim. Lakin ilk dəqiqələrdən qarşılaşdığım nizam-intizam, əməkdaşların nəzakətli davranışı və pasiyentlərə göstərilən diqqət məndə müsbət təəssürat yaratdı.

Bu təcrübə bir daha göstərdi ki, səhiyyə xidmətinin keyfiyyəti yalnız müasir avadanlıq və müayinələrin nəticələri ilə ölçülmür. Xəstəyə münasibət, təşkilati qayda-qanun, düzgün yönləndirmə və insan amilinə verilən önəm də mühüm əhəmiyyət daşıyır.

2018-ci ilin avqustundan tanıdığım təcrübəli və nəzakətli həkim Lalə xanım Əliyeva məni səmimiyyətlə qarşıladı. Onun diqqətli münasibəti və peşəkar yanaşması ilkin narahatlığımın azalmasına kömək etdi. Əvvəlcə elektrokardioqram (EKQ) müayinəsindən keçdim, daha sonra exokardioqrafiya müayinəsi üçün müvafiq şöbəyə yönləndirildim. Burada müayinəni həyata keçirən İllər xanımın işinə məsuliyyətlə yanaşması və xəstə ilə ünsiyyətdə göstərdiyi həssaslıq xüsusi xoş təəssürat yaratdı.

Analizlərin təşkili və pasiyentlərin qəbulu prosesində müşahidə etdiyim sistemlilik də diqqətimi çəkdi. Prosedurlar aydın şəkildə təşkil edilmişdi, gözləmə müddəti uzun çəkmədi. Təxminən 15–20 dəqiqə ərzində növbəm çatdı və analizlərimi verdim. Daha sonra göz həkiminin qəbulunda oldum. Burada da Şəhla xanımın diqqətli münasibəti və xoş rəftarı ilə qarşılaşdım. Qeydiyyat və yönləndirmə ilə məşğul olan əməkdaşların nəzakətli davranışı ümumi müsbət təəssüratımı tamamladı.

İlk baxışda bunlar gündəlik iş prosesinin adi elementləri kimi görünə bilər. Lakin xəstə üçün belə məqamların xüsusi əhəmiyyəti var. İnsan səhhəti ilə bağlı narahatlıq keçirdiyi zaman ona göstərilən hər bir münasibətə daha həssas yanaşır. Vaxtında yönləndirilmək, uzun müddət gözləməmək, suallara nəzakətlə cavab almaq və diqqətdən kənarda qalmadığını hiss etmək xəstənin psixoloji vəziyyətinə və ümumi təəssüratına ciddi təsir göstərir.

Burada bir həqiqəti xüsusi vurğulamaq istərdim: həkimin peşəkarlığı onun tibbi biliyi ilə başlayır, insanlığa münasibəti ilə daha dolğun məna qazanır. Əlbəttə, müalicənin əsas şərtləri düzgün diaqnostika, elmi əsaslandırılmış qərarlar və tibbi standartlara riayət edilməsidir. Lakin xəstəni dinləmək, suallarına aydın cavab vermək, narahatlığını anlamaq və ona hörmətlə yanaşmaq da səhiyyə xidmətinin ayrılmaz hissəsidir.

Xəstə həkimə yalnız müayinə olunmaq üçün deyil, həm də sağlamlığı barədə aydınlıq əldə etmək və etibar edə biləcəyi mütəxəssisin dəstəyini hiss etmək üçün müraciət edir. Bu münasibətdə qarşılıqlı etimadın yaranması son dərəcə vacibdir. Etimadın təməlində isə səriştə, dürüstlük, diqqət və insan ləyaqətinə hörmət dayanır.

Belə bir mühitin formalaşmasında kollektivin əməkdaşlığı və idarəetmənin rolu da danılmazdır. Tibb müəssisəsində nizam-intizamın qorunması, qəbul prosesinin düzgün təşkili, əməkdaşların məsuliyyətli davranışı və pasiyent məmnunluğuna diqqət ardıcıl təşkilati yanaşma tələb edir. Bu prinsiplər gündəlik fəaliyyətdə özünü göstərdikdə, həm kollektivin işinə, həm də xəstələrin müəssisə haqqında təsəvvürünə müsbət təsir edir.

Bu baxımdan, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda rastlaşdığım müsbət münasibəti qeyd etməyi özümə borc bildim. Əlbəttə, bir pasiyentin təcrübəsi bütöv bir müəssisənin fəaliyyətini qiymətləndirmək üçün kifayət deyil. Lakin insanın gördüyü yaxşı işi, qarşılaşdığı diqqəti və insani münasibəti səmimi şəkildə ifadə etməsi həmin zəhmətə verilən mənəvi dəyərin göstəricisidir.

Cəmiyyətimizdə zaman-zaman müxtəlif sahələrdəki çatışmazlıqlardan və həllini gözləyən problemlərdən danışırıq. Tənqid problemlərin üzə çıxarılması və aradan qaldırılması üçün zəruridir. Lakin yalnız nöqsanlardan danışmaqla kifayətlənmək də düzgün olmazdı. Vicdanla görülən işi, peşəsinə sədaqətlə xidmət edən insanları və başqalarının həyatına müsbət təsir göstərən davranışları da görmək və qiymətləndirmək lazımdır.

Minnətdarlıq mədəniyyəti də cəmiyyətin mənəvi inkişafının mühüm göstəricilərindən biridir. İnsan gördüyü yaxşılığı etiraf etməyi, zəhmətə hörmətlə yanaşmağı və səmimi təşəkkür etməyi bacarmalıdır. Bu, yalnız ayrı-ayrı şəxslərin nüfuzunun yüksəldilməsinə deyil, vicdanlı əməyin və insani münasibətlərin ictimai dəyər kimi möhkəmlənməsinə xidmət edir.

Bir ziyalı kimi hesab edirəm ki, cəmiyyətdə müsbət nümunələrin işıqlandırılması xüsusi əhəmiyyət daşıyır. Yaxşı nümunə insanları ruhlandırır, peşə məsuliyyətini gücləndirir və başqalarını da öz işlərini daha böyük həvəslə görməyə təşviq edir. Səhiyyə sahəsində belə nümunələrin qeyd olunması isə xüsusilə vacibdir. İnsan həyatının və sağlamlığının qorunması ilə məşğul olan şəxslərin əməyinə verilən qiymət, əslində, insan həyatına verilən qiymətdir.

Bu yazını qələmə almaqda məqsədim hər hansı bir müəssisəni digərlərindən üstün tutmaq və ya səhiyyə sistemində problemlərin mövcudluğunu inkar etmək deyil. Məqsədim şəxsi təcrübəm əsasında rastlaşdığım diqqətə, məsuliyyətə və insani münasibətə görə minnətdarlığımı ifadə etmək və belə münasibətlərin səhiyyə xidmətinin ayrılmaz xüsusiyyəti olmasının vacibliyini vurğulamaqdır.

Mənə göstərilən diqqət və qayğıya görə başda institutun rəhbərliyi olmaqla, dəyərli həkimim Lalə xanım Əliyevaya, İllər xanıma, Şəhla xanıma və qəbul şöbəsinin bütün əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm. Onların öz vəzifələrinə məsuliyyətlə yanaşması və pasiyentlərlə ünsiyyətdə göstərdikləri nəzakət mənim üçün xoş və yaddaqalan təcrübə oldu.

Arzu edirəm ki, bu cür diqqət və qayğı, peşə məsuliyyəti və insanpərvərlik respublikamızın bütün tibb müəssisələrində daha da geniş yayılsın. Hər bir xəstə müraciət etdiyi yerdə yalnız tibbi yardım deyil, həm də hörmət, anlayış və mənəvi dayaq görsün. Hər bir həkim öz peşəsinin müqəddəsliyini, hər bir tibb işçisi insan həyatının dəyərini, hər bir rəhbər isə fəaliyyətinin mərkəzində insan amilinin dayandığını daim xatırlasın.

Ağ xalat insan sağlamlığına xidmətin rəmzidir. Bu rəmzin mənəvi dəyəri isə onu daşıyan insanın biliyi, vicdanı, mərhəməti və məsuliyyəti ilə müəyyən olunur. İnsan həyatını qorumağı özünə şərəf işi bilən, xəstənin ağrısını anlayan və vəzifəsini vicdanla yerinə yetirən bütün tibb işçilərinə dərin hörmət bəsləyirəm. Ağ xalatlı insanlara minnətdarlıq, əslində, insanlığa minnətdarlıqdır.

Qoy həkim vicdanı ilə xəstə etimadı həmişə bir-birini tamamlasın, şəfqət və peşəkarlıq insanların sağlamlığına, ümidinə və həyat sevincinə xidmət etsin!

Bütün vicdanlı həkimlərimizə və tibb işçilərimizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və bu şərəfli, məsuliyyətli fəaliyyətlərində yeni uğurlar arzulayıram. Var olsun insanlığa xidmət edən böyük qəlblər!

Elçin Məmmədov,

Bakı Dövlət Universitetinin dosenti,

Riyaziyyat İnstitutunun aparıcı elmi işçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Noyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri