Kəpəz Qarabağ ı qonaq edir
sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının 12-ci turuna Gəncədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Kəpəz" "doğma divarlar" arasında "Qarabağ"ı qəbul edir.
Meydan sahibləri I dövrədə nümayiş etdiyi oyun və topladığı xallarla bəlkə də çoxlarını təəccübləndirməyi bacardı. Azər Məmmədovun baş məşqçisi olduğu kollektiv hazırda 17 xalla 6-cı pillədə qərarlaşıb. "Sarı-göylər" bu gün qalib gələcəyi halda mövqeyini bir qədər də yaxşılaşdırıb, 4-cü yerə yüksələ bilər.
"Qarabağ" isə bu görüş ərəfəsində 19 xalla 19 xalla 5-ci yerdədir. Onu da nildirək ki, Ağdam təmilçisinin ilk dövrədəki bir oyunu təxirə düşüb. "Köhlən atlar" Gəncə səfərindən qələbə ilə dönəcəyi halda "Zirə"ni geridə qoyaraq bir pillə irəliləyəcək.
Qeyd edək ki, Misli Premyer Liqasında 13-cü tura noyabrın 27-də start veriləcək.
Misli Premyer Liqası
II dövrə, XII tur
17:00. "Kəpəz" - "Qarabağ"
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Tərlan Talıbzadə, Ruslan Quliyev
VAR: Əkbər Əhmədov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
Gəncə. Şəhər stadionu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 22 Noyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















