Icma.az
close
up
RU
Dəridə yaşlanmanı ləngidən üsul tapıldı Qadınları sevindirəcək XƏBƏR

Dəridə yaşlanmanı ləngidən üsul tapıldı Qadınları sevindirəcək XƏBƏR

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Boston Universitetinin alimləri müəyyən ediblər ki, qocalmış hüceyrələri məhv edən ABT-263 preparatı yaşlı orqanizmlərdə dərinin zədələnmiş nahiyələrinin daha tez sağalmasını sürətləndirə bilər.
Milli.Az Azərtac-a istinadən xəbər verir ki, tədqiqatın nəticələri "Aging" jurnalında dərc olunub.
Yaş artdıqca toxumalarda senessent hüceyrələr toplanır. Bu hüceyrələrə çox vaxt "zombi hüceyrələr" deyilir. Onlar artıq öz funksiyalarını yerinə yetirməsələr də, iltihabı gücləndirən və toxumaların bərpasını zəiflədən siqnal molekulları ifraz etməkdə davam edirlər. Alimlər hesab edirlər ki, dərinin yaşlanmasına və yaraların gec sağalmasına səbəb olan amillərdən biri də məhz bu hüceyrələrdir.
Tədqiqatçılar senolitik ABT-263 preparatının bu hüceyrələrin aradan qaldırılmasına kömək edib-etməyəcəyini araşdırıblar. Adi preparatlardan fərqli olaraq, senolitiklər qocalmış hüceyrələri seçici şəkildə məhv edir. Təcrübə zamanı alimlər preparatı beş gün ərzində yaşlı siçanların dərisinə tətbiq ediblər. Bundan sonra heyvanların dərisində kiçik yaralar yaradılıb və onların sağalma sürəti müşahidə olunub.
Müəyyən edilib ki, preparat hüceyrə yaşlanmasının əlamətlərini azaldıb və toxumaların bərpasını sürətləndirib. Preparat tətbiq olunan siçanların 80 faizində yaralar 24-cü günədək tam sağalıb. Nəzarət qrupunda isə bu göstərici cəmi 56 faiz təşkil edib.
Araşdırmanın gözlənilməz nəticələrindən biri ABT-263 preparatının iltihabı müvəqqəti olaraq gücləndirməsi olub. Adətən iltihab prosesləri zərərli hesab edilsə də, bu halda qısamüddətli artımın regenerasiya mexanizmlərinin yenidən aktivləşməsinə kömək etdiyi ehtimal olunur. Heyvanlarda kollagen sintezi, damarların yaranması və toxumaların yenidən formalaşması ilə bağlı genlərin aktivləşdiyi müşahidə edilib.
Müəlliflər qeyd edirlər ki, yaşlanan dəri yalnız nazikləşmir və qırışlarla örtülmür, həm də zədələrə daha zəif reaksiya verir. Bu isə yaşlı insanlarda əməliyyatlardan sonra ağırlaşmaların və xroniki yaraların yaranma riskini artırır.
Preparatın yerli tətbiqi alimlərdə xüsusi maraq doğurur. Senolitiklər daxilə qəbul edildikdə bütün orqanizmə yayıldığı üçün əlavə təsirlər yarada bilər. Dəriyə tətbiq isə preparatın birbaşa problemli nahiyəyə təsir göstərməsinə imkan verir. Bununla yanaşı, gənc siçanlarda demək olar ki, heç bir təsir müşahidə olunmayıb. Preparat yalnız senessent hüceyrələrin toplandığı nahiyələrdə təsir göstərib.
Tədqiqatçılar hesab edirlər ki, gələcəkdə bu cür vasitələr əməliyyatlardan əvvəl və ya yaraların zəif sağalma riski olan pasiyentlərdə istifadə oluna bilər. Bununla belə, tədqiqat hələlik yalnız siçanlar üzərində aparılıb və bu metodun insanlar üçün nə dərəcədə effektiv olduğu gələcək araşdırmalarla müəyyənləşdirilməlidir.

Milli.Az
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 May 2026 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri