Icma.az
close
up
RU
Dərinin elastikliyinə cavabdeh olan kollagen haqqında...

Dərinin elastikliyinə cavabdeh olan kollagen haqqında...

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Yəqin ki, çoxlarınız kollagen adını dəfələrlə eşitməyinə baxmayaraq, onun konkret olaraq nə olduğunu dəqiq bilmirsiniz.

Nəzərinizə çatdırırıq ki, kollagen - insan orqanizminin fəaliyyəti üçün çox mühüm rol oynayır. Nədən ibarət olduğumuzu düşünün... Sümüklərin, qığırdaqların, əzələlərin, vətər və bağların tərkibinə kollagen daxildir. Məhz kollagen onların möhkəmliyi və fasiləsiz işinə cavabdeh sayılır. Başqa sözlə desək, kollagen - bütün orqanlar üçün birləşdirici toxuma rolunu oynayan, xüsusi yağışdırıcı zülaldır.

Kollagen həmçinin  dərimizdə də çox miqdarda olub, onun möhləmliyi və elastikliyə cavabdeh sayılır. Lakin yaşlandıqca kollagenin istehsal prosesi zəifləyir və ilk olaraq dərinin vəziyyəti ilə özünü göstərir. Kollagen çatışmazlığı dəri qocalmasıın əsas səbəbidir. Dəri möhkəmlik və elastikliyini itiri, üst qatı nazikləşir, quruluq əmələ gəlir və nəticədə ilk qırışlar yerini tutur.

Bir çox hallarda isə, biz özümüz, kollagen tellərinin dağıdılması ilə qocalma prosesini tezləşdiririk. Buna bir neçə səbəb aid etmək olar:

-  Üzün aktiv mimikas. Üz əzələlərinin  tez tez gərgin vəziyyətdə olması, kollagen tellərinin zədələnməsinə səbəb olur, bununla da mimik qırışlar peyda olur.

- Digər səbəblərdən isə ziyanlı vərdişlər ola bilir. Bunlardan : spirtli içkilər, siqaret, günəş şüalarının dəriyə təsiri və ətraf mühitin çirkli olması.

Müasir zamanda  kollagen çatışmazlığının da təkmilləşmə üsulları vardır. Lakin, bu üsullar nə qədər effektivdir?

Artqı uzun zamandır ki, bir çox kosmetik firmalar, tərkibində kollagen olan vasitlərin istehsalına başlayıblar. Dediklərinə görə gündəlik olaraq bu vasitələrdən istifadə kollagen defisitini təkmilləşdirmək imkanını  yaradır. Lakin bir neçə araşdırmalar nəticəsində bəlli olmuşdur ki, kollagen molekulunun ölçüsü kifayət qədər böyük olduğundan, o,qırışların əsasən formalaşdığı dərinin ən dərin təbəqəsinə kremlə çata bilmir. Bu səbəbdən bu kimi vasitələr böyük effektə malik olmur. Lakin bu vasitlər tam olaraq xeyirsiz deyil, belə ki, kollagen tərkibli kremlər dəridən nəmin buxarlanmasını zəiflədir, bununla da  dəriyə nəmləndirmə verir. Lakin bu proses də dərinin üst qatında baş verərək, kollagenini azalmasına heç bir təsir göstərə bilmir.

Həmçinin nəzərinizə çatdırırq ki, kosmetologiyada kollagenin bir neçə növü istifadə olunur. Bunlardan:

-heyvan mənşəli kollagen

- bitki mənşəli kollagen

- dəniz kollageni

Ümumilikdə isə elmi araşdırmalara inansaq, C vitamininin kollagen istehsalını stimullaşdırması iddia olunur. Buna görə qida rasionunuza C vitaminli məhsulları əlavə etməniz artıq olmaz.  Bunlara əsasən: sitrus meyvələri, kivi, istiot, itburnu, qara qarağat, quş üzümü, kartof, kələm, pomidor, yaşıl soğan və cəfəri(petruşka) aid edilir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see891

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see342

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see314

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see301

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see278

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see265

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see232

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see230

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see205

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see203

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see202

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see201

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see201

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see195

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see188

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see188

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see187

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see175

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri