Icma.az
close
up
RU
Devid Bekhemə artıq “ser” deyəcəksiz!

Devid Bekhemə artıq “ser” deyəcəksiz!

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Təbii ki, Devid Bekhem tarixdəki ən populyar futbolçulardan biridi. İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi “Mançester Yunayted”in heyətində 10-dan artıq titul qazanıb. İndi isə o, musiqiçi Pol Makkartni, aktyor Entoni Hopkins, məşqçi Aleks Ferqyuson və cəngavər tituluna layiq görülən başqa britaniyalı məşhurlarla yanaşı dayanacaq.

"Football-plus.az" xəbər verir ki, Behkem iyunun 14-də Londonda keçirilən, kral III Karlın da qatıldığı təntənəli mərasimdə idman və xeyriyyəçilik sahəsində xidmətlərinə görə cəngavər-bakalavr tituluna layiq görülüb. Artıq ona “ser”, həyat yoldaşı Viktoriyaya isə “ledi” demək olar.
MY sosial şəbəkə hesabında ən məşhur yetirmələrindən birini belə təbrik edib:

“Ser Devid Bekhem! Bu xüsusi nailiyyətlə bağlı bütün “Mançester Yunayted” ailəsindən böyük təbriklər. Beks, sən bunu gerçəkdən haqq etdin”.


Tarix boyunca bu titula futbol dünyasından 10-dan artıq adam layiq görülüb. Bunlar arasında Stenli Metyuz, Bobbi Çarlton, Aleks Ferqyuson, Alf Remzi, Mett Basbi, Kenni Dalqliş və başqaları var. Beksə qədər 2024-cü ildə İngiltərə yığmasının sabiq baş məşqçisi Qaret Sautqeyt də ser olub.
“The Sun”ın məlumatına görə, sabiq futbolçu cəngavər titulunu illərdi gözləyirdi – onu ilk dəfə hələ 2011-ci ildə, Olimpiadanın Londonda keçirilməsinə verdiyi dəstəyə görə nominantlar sırasına salmışdılar. Ancaq sonradan qalmaqallar seriyası yaşandı: Bekhem vergi ödəməkdən yayınmaqda suçlandı, üstəlik internetə bir yazışma sızdırıldı ki, orda Devid yalnız ser rütbəsi almaq üçün xeyriyyəçiliklə məşğul olduğunu demişdi. Devid özü də həmin yazışmaların gerçək olduğunu etiraf etdi.
2021-ci ildə vergi qalmaqalı başa çatdı – Bekhemin statusu “qırmızı”dan “yaşıl”a dəyişdirildi və İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi yenidən namizədlər siyahısına qayıtdı.
İndi artıq Devidin həmin səhvlərini xatırlamırlar. O, obrazı üzərində çox çalışdı, çoxdan arzuolunmaz xəbərlərin mərkəzində dayanmır, son illərdə isə kral ailəsi ilə çox yaxınlaşıb. Məsələn, taxt-tacın varisi şahzadə Uilyam və onun xanımı Keyt Middlton ilə daimi ünsiyyətdədi, birlikdə psixi saxlamlıqla bağlı olan, “Heads Up” adlanan sosial proqramı işə salıblar. 2022-ci ildə, kraliça II Yelizaveta dünyasını dəyişdə Bekhem onunla vidalaşmaq üçün 13 saat növbədə dayanmışdı.
50 yaşlı Devid karyerasını bitirəndən sonra da futboldan uzaqlaşmır: “İnter Mayami” və “Solford Siti” klublarının həmsahiblərindən biridi. O, həmçinin ümumdünya xeyriyyə təşkilatı YUNİSEF-in, ötən ildən isə kral III Karlın Fondunun səfiridi.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 İyun 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1175

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see358

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see346

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see345

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see344

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see337

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see299

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see275

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see245

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see204

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see197

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see184

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see177

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri