“DEYİN Kİ, ÇOX TƏHLÜKƏLİ ƏRAZİLƏRƏ GİRİR...” Tramp Medvedevə sərt dillə xəbərdarlıq edib
Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, Rusiyanın keçmiş Prezidenti Dmitri Medvedevin ünvanına kəskin ifadələr işlədib.
Hurriyyet.az xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
“Prezidentliyi baş tutmayan, hələ də özünü Rusiya prezidenti hesab edən Medvedevə deyin ki, sözlərinə diqqət etsin! O, çox təhlükəli ərazilərə girir”, - deyə Tramp vurğulayıb.
Qeyd edək ki, bu yaxınlarda D. Medvedev Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcəyi təqdirdə ABŞ-ı müharibə ilə hədələyib, həmçinin, bəyan edib ki, Rusiyanın Ukrayna ilə necə danışıqlar aparacağına qərar vermək Trampın işi deyil.
Tramp paylaşımında Rusiya və Hindistan üçün tariflər məsələsinə də toxunub.
Söhbət Rusiya neftini alan ölkələr, o cümlədən Hindistan üçün ikinci dərəcəli rüsumların artırılmasından gedir.
"Qoy ölmüş iqtisadiyyatlarını birlikdə məhv etsinlər, mənim vecimə də deyil. Bizim Hindistanla çox az işbirliyimiz var, onların tarifləri çox yüksəkdir, dünyanın ən yüksək tarifləridir. Eynilə, Rusiya və ABŞ da bir-biri ilə demək olar ki, biznes işləri aparmır", - deyə Tramp yazıb.
APA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 01 Avqust 2025 00:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















