Icma.az
close
up
RU
Dəyişkən iş qrafiki və tıxaclar Lahiyə sınaqdan keçəcəkmi?

Dəyişkən iş qrafiki və tıxaclar Lahiyə sınaqdan keçəcəkmi?

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, 2 aylıq sınaq müddətində iş vaxtı 3 müxtəlif rejimdə (08:00-17:00, 09:00-18:00 və 09:30-18:30) və hər rejim üzrə işçilərin 30%-dən az olmaması şərtilə təşkil edilib.

“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov saytımıza bildirib ki, iş qrafikinin dəyişməsi Bakıda nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı dövlət proqramında nəzərdə tutulan 57 tədbirdən biridir:

“İş qrafikinin dəyişdirilməsinin paytaxt ərazisində tıxacları ciddi şəkildə aradan qaldıracağını gözləmirəm. Tədbirlər planında nəzərdə tutulan digər fəaliyyətlər çərçivəsində bütün işlər yerinə yetirilərsə, əlbəttə ki, bu, səmərə verə bilər. Lakin yalnız iş qrafikinin dəyişdirilməsi ciddi nəticə verməyəcək”. 

Ekspertin fikrincə, proqramda nəzərdə tutulan bəzi tədbirlərin icrası bir qədər çətin görünür:

“Məsələn, bu gün tıxaca ən çox səbəb olan amillərdən biri təhsil müəssisələridir. Səhər məktəblərin önündə övladlarını təhsil müəssisəsinə gətirən valideynlərə görə uzun tıxaclar yaranır. Proqramda məktəb avtobuslarının təşkili nəzərdə tutulsa da, bunun icrası çətindir. Bu, o zaman mümkün olur ki, şagirdlər məktəbin olduğu əraziyə yaxın yaşayırlar. Şəhərin mərkəzində olan məktəbə Hövsan, Masazır, Əhmədli, Sabunçu rayonundan gələn şagirdlər var”.

“Dəyişkən iş qrafikinin müəyyən səmərəsi olsa da, bütövlükdə, tıxacları aradan qaldırmayacaq. Dəyişkən qrafikin 2 aylıq sınaq müddətindən sonra da tətbiq edilib-edilməyəcəyi nəticədən asılı olacaq. Ola bilər ki, müddətin sonunda tıxacların cüzi azaldığı, lakin tıxac saatlarının artdığı müşahidə olunsun”, - S.Məmmədov əlavə edib.

Əmək məsələləri (əmək hüququ) üzrə hüquqşünas Emin Kiçikbəyov isə bildirib ki, dəyişkən qrafiklə iş rejimi bir sıra xarici ölkələrdə tətbiq olunur: “Yaponiya, Çin, Almaniya kimi böyük dövlətlərdə bu cür iş rejimləri mövcuddur”.

Ekspert qərarı insan hüquqları baxımından müsbət dəyərləndirdiyini deyib və layihənin müvəqqəti yox, daimi tətbiqinin əlverişli olacağını əlavə edib. Eləcə də, qurum rəhbərlərinin işçilərə münasibətdə iş qrafikinə əməl etməməsi halında işçilərin bilməli olduğu məqamlara diqqət çəkib: “İşçini daha çox işdə saxlamaq işçinin könüllü razılığı əsasında və əlavə ödəniş olunmaqla edilə bilər. Əgər bu hal məcburi hal alarsa o zaman işçinin əmək müfəttişliyinə  müraciət edə bilər”.

E. Kiçikbəyov dəyişkən iş qrafiki ilə bərabər, bir sıra dövlət müəssisələrinin regionlara köçürülməsini təklif edib: “Bu, paytaxt ərazisində sıxlığın azalmasına, tıxcacların aradan qalxmasına kömək edə bilər”.

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı isə Ölkə.az-a açıqlamasında dəyişkən iş qrafikinin ilə bağlı məsələnin dövlət proqramında da öz əksini tapdığını və bunun yaranan tıxaclara müəyyən qədər təsirlərinin olacağını deyib: “Bu, nəqliyyat sıxlığı ilə bağlı problemlə mübarizə üsullarından biridir”. 

Ekspert belə düşünür ki, paytaxt ərazisindəki dövlət və özəl müəssisələrin sayı və buradakı işçi axınları ilə bağlı ciddi təhlillər aparılmalıdır: “Nazirliklərdə və bir sıra dövlət qurumlarında bütün işçilərin işə gəlmək zərurəti varmı? Məsafədən iş mümkündürmü? Onların iş saatlarının dəyişdirilməsi hansı effektləri verə bilər? Qurum və müəssisə işçiləri üçün xüsusi avtobuslar təşkil edilə bilərmi?” 

E. Muradlı əlavə edib ki, təhlil olunmadan verilən qərarların da ciddi əks təsirləri ola bilər. 

“Nəzərə almaq lazımdır ki, idarə və müəssisə rəhbərləri də qərara əməl etməldir. Məsələn, sənəddə iş saatı başqa yazılsa da, istədikləri zaman işçini işə çağıra bilərlər. Hansına nazir, komitə sədri özünü qanundan daha üstün tuta bilər.  Bəs, bu müəssisə işçilərinin işə nəzərdə tutulan saatlarda gəlməsinə kim nəzarət edəcək? Əmək Müfəttişliyi buna nə dərəcədə nəzarət edə biləcək? Yoxsa hər nazirlik əmək müfəttişlərinə qarşı çıxacaq?” 

Ekspert bildirib ki, bu gün tıxaca qarşı atılan bu addımlar uzunmüddətli perspektiv üçün nəzərdə tutulmayıb: “Tıxacların qarşısının alınması üçün, şəhərin yükü azaldılmalı, bölgələr inkişaf etdirilməlidir. Regionlarda əmək haqqının artırılması, kommunal ödənişlərin aşağı endirilməsi kimi addımlar atıla bilər”. 

Könül Vəliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Sentyabr 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri