Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Dezinformasiyanın yerli və qlobal miqyasda təhlükəsinə dair müzakirə keçirilib

Dezinformasiyanın yerli və qlobal miqyasda təhlükəsinə dair müzakirə keçirilib

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Bakıda "Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi" mövzusunda ictimai müzakirə keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbir Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) təşkilatçılığı, Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasının tərəfdaşlığı ilə baş tutub.

MQF İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, dezinformasiya müasir dövrdə təkcə informasiya sahəsini deyil, ictimai sabitliyi, dövlət-vətəndaş münasibətlərini, demokratik institutları hədəfə alan sistemli təhlükəyə çevrilib:

"Bu mövzuda vətəndaş cəmiyyəti həmişəkindən daha həssas olmalı, saxta məlumatları vaxtında ifşa etməli, onun tirajlanmasının qarşısında səddə çevrilməlidir".

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qeyd edib ki, bütün dünyada dezinformasiya təhdidləri artan templə irəliləyir, müasir dövrdə sosial media platformaları dezinformasiyanın əsas yayılma məkanına çevrilib:

"Dezinformasiyanın bütün təzahür formalarına qarşı mübarizədə Azərbaycan dövlətinin güclü siyasi iradəsi var. Amma bu prosesdə ictimai sayıqlıq, media savadlılığı, cəmiyyətin yüksək intellektual səviyyəsi də zəruridir".

Mətbuat Şurasının sədri Rəşad Məcid vurğulayıb ki, media subyektlərinin "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qayaları"na riayət etməsi vacibdir:

"Qaydaların bütün prinsiplərinə riayət cəmiyyətin dezinformasiya təmayüllərindən qorunması baxımından vacibdir. Bu yaxşı nümunə kimi sosial media fəallarına da təsir edə bilər".

İctimai müzakirə mövzu ilə bağlı müxtəlif sessiyalar ətrafında davam edib.

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Müşfiq Ələsgərli "Süni intellektlə yaradılmış saxta görüntülər, videolar və bot şəbəkələrinin ictimai rəyə təsiri" mövzusunda sessiyada bu texnologiyaların yan təsirlərinə, informasiya manipulyasiyası baxımından yaratdığı yeni risklərə diqqət çəkib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə isə "Vətəndaşların media savadlılığının artırılması və sosial media platformalarında dezinformasiyaya qarşı ictimai maarifləndirmədə QHT-lərin rolu" mövzusunda sessiyada QHT-lərin bu sahədə ictimai nəzarət mexanizmləri barədə mülahizələrini bölüşüblər.

MQF-in İdarə Heyətinin üzvü Zaur İbrahimli və Sosial Təşəbbüslər Mərkəzi İctimai Birliyinin sədri Sənan Nəcəfov "Azərbaycana qarşı hibrid təhdidlər, informasiya savaşının geosiyasi aspektləri və qabaqlayıcı tədbirlər" mövzusunda sessiyada qlobal miqyasda hibrid təhdidlərin əhatə dairəsinin genişlənməsinə və yeni təzahür formalarına diqqət çəkiblər.

Türk dövlətlərinə üzv ölkələrin QHT Platformasının Baş katibi, deputat Azər Allahverənov "Dezinformasiyanın regional dinamikası: Qlobal Cənub və Türk Dünyası təcrübələri" mövzusunda sessiyada bildirib ki, Türk dünyası üçün informasiya məkanında koordinasiyalı fəaliyyət strateji əhəmiyyət daşıyır.

Qlobal Cənub QHT Platforması Katibliyinin nümayəndəsi Fuad Kərimli isə dezinformasiyanın Qlobal Cənub ölkələrindəki fəsadları barədə danışıb:

"Qlobal Cənub məkanında rəqəmsal savadlılığın yetərli olmaması, yerli dillərin süni intellekt sistemlərində tam əhatə olunmaması və texnoloji resurs çatışmazlığı dezinformasiyanın təsir gücünü artırır"./Report

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Yanvar 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see280

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see275

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see222

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see214

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see210

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see201

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see196

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see192

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see184

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see179

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see175

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see171

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see165

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

19 Yanvar 2026 14:34see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see154

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see152

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see152

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see150

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see149

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri