DGK: “Pirotexniki məmulatların qeyri qanuni yollarla gətirilməsinin qarşısını almaq üçün tədbirlər həyata keçirilir”
Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İnzibati Xətalar Məcəlləsinin 442-ci (istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin yerinə yetirilməsi) maddəsi ilə fiziki şəxslərə cərimə və vasitələrin müsadirəsi ilə nəticələnə bilər.
Pirotexniki vasitələrin Azərbaycana gətirilməsi üçün hansı rəsmi icazələr və sertifikatlar tələb olunur? Ölkəyə gətirilməsi qadağandırsa, necə keçirilib?Yaranan suallara cavab tapmaq üçün Dövlət Gömrük Komitəsinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, “pirotexniki məmulatlar “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə daxil edilmişdir: “Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın 9-cu bəndinə əsasən pirotexniki məmulatların mülki dövriyyəsinə xüsusi icazə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verilir. Eyni zamanda sözügedən Siyahının qeyd hissəsinin 2-ci bəndinə əsasən pirotexniki məmulatların idxalı Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 1 nömrəli əlavəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilir. Beləliklə, pirotexniki məmulatların idxalı üçün qeyd olunan sənədlərin gömrük orqanlarına təqdim edilməsi tələb edilir”.
Həmçinin vurğulanıb ki, cari il ərzində gömrük orqanları tərəfindən 21 min 228 ədəd pirotexniki məmulatın qanunsuz yollarla gömrük sərhədindən keçirilməsinin qarşısı alınmışdır: “Gömrük orqanları pirotexniki məmulatların qeyri-qanuni yollarla ölkəyə gətirilməsinin qarşısını almaq üçün ardıcıl və təsirli tədbirlər həyata keçirir: “Bu məqsədlə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan gömrük idarələrinin hər biri yeni, müasir texniki nəzarət vasitələri ilə, habelə iri qabaritli yüklərin yoxlanılması üçün ən qabaqcıl yoxlama-baxış sistemləri ilə və digər avadanlıqlarla təchiz olunmuşdur. Gömrük buraxılış məntəqələrində nəqliyyat vasitələri və yüklər texniki nəzarət vasitələri və kinoloji itlər vasitəsilə yoxlanılır, risklərin analizi və qabaqcıl texnologiyaların tətbiqi, həmçinin əməliyyat-axtarış tədbirləri nəticəsində pirotexniki məmulatların gömrük sərhədindən qanunsuz yollarla keçirilməsi cəhdləri vaxtında aşkarlanır. Belə ki, cari il ərzində gömrük orqanları tərəfindən 21 min 228 ədəd pirotexniki məmulatın qanunsuz yollarla gömrük sərhədindən keçirilməsinin qarşısı alınmış, bu əməlləri törədən şəxslər barəsində cinayət və inzibati məsuliyyət tədbirləri həyata keçirilmişdir”, - deyə Gömrük Komitəsindən bildirilib.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 05 Yanvar 2026 22:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















