Diktatorun nəvəsi televiziya yarışmasının qalibi olub
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İtaliya faşist diktatoru Benito Mussolininin nəvəsi, sabiq deputat Alessandra Mussolini ölkədə yayımlanan “Biri Bizi İzləyir” (“Grande Fratello VIP”) televiziya yarışmasının qalibi olub.
Sherg.az xəbər verir ki, 63 yaşlı Alessandra Mussolini 1500 saatdan çox davam edən realiti-şouda 15 rəqibini geridə qoyaraq birinci yeri tutub. Onun 100 min avro məbləğində mükafat qazanacağı gözlənilir. Mussolini bu vəsaitin yarısını xeyriyyə məqsədləri üçün ianə edəcəyini açıqlayıb.
Qələbədən sonra İtaliyanın "Canale 5" telekanalına danışan Alessandra Mussolini “Hər anın dadını çıxardım. Heç nədən peşman deyiləm” deyib.
Bu, onun ilk televiziya yarışması deyil. O, 2020-ci ildə İtaliyada yayımlanan “Ulduzlarla rəqs” proqramında da iştirak edərək üçüncü yeri tutmuşdu.
Alessandra Mussolini Benito Mussolininin kiçik oğlu Romano Mussolini və məşhur aktrisa Sophia Lorenin bacısı Maria Şikolonenin qızıdır.
Siyasətçi kimi fəaliyyət göstərən Alessandra Mussolini daha əvvəl həm Avropa Parlamentində, həm də İtaliya parlamentində deputat olub. O, müxtəlif sağ yönümlü siyasi partiyalarda fəaliyyət göstərməklə yanaşı, modellik, aktrisalıq və müğənniliklə də məşğul olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 20 May 2026 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















