Icma.az
close
up
RU
Dillər Universitetində Terrakota ordusu. Çinin ölməz döyüşçüləri virtual sərgisi təşkil olunub

Dillər Universitetində Terrakota ordusu. Çinin ölməz döyüşçüləri virtual sərgisi təşkil olunub

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 18 may, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Arxeoloji abidənin, “Sin Şi Xuandi” muzey kompleksinin və Terrakota Ordu Məqbərəsinin tarixi-mədəni əhəmiyyəti” mövzusunda elmi-tələbə seminarı keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, seminarda çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov məqbərənin tikilmə tarixindən danışıb, bu muzeyin görkəmli memarlıq layihəsi olduğunu, Çin tarixinin, eləcə də qədim dövrlərin texnologiyasının, incəsənətinin və mədəniyyətinin öyrənilməsi üçün əvəzsiz mənbə olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Sin Şi Xuandi Çin tarixinə əsrlərlə davam edən Döyüşən çarlıqlar dövrünə son qoyan və Çin ərazilərini vahid dövlətdə birləşdirən ilk imperator kimi düşüb. O, vahid pul vahidi, vahid çəki ölçüsü, yazı standartlarını tətbiq etdi və onun hakimiyyəti dövründə divarların ayrı-ayrı hissələri birləşdirilərək Böyük Çin səddinin əsasını təşkil etdi, Linçü gəmi kanalı çəkildi, vahid yol sistemi yaradıldı.

“Terrakota ordusu”nun arxeoloji qazıntıları – Çin döyüşçülərinin heykəllərinin Sin Şi Xuandi məqbərəsində dəfn edilməsindən danışan R.Abbasov onu da qeyd edib ki, 1987-ci ildə Sin Şi Xuandi məqbərəsi və Terrakota ordusunun UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olması və muzeyin ziyarət edilməsi Çinə səfər edən xarici dövlət rəhbərlərinin tez-tez səfəri proqramına daxil edilib. Belə ki, 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Çinə dövlət səfəri zamanı Terrakota Ordu Muzeyində olub və muzeyin xatirə kitabına qeydlər edib.

Seminarda çıxış edən ADU-nun çinsünas tələbələri Çinin İpək Yolu üzərində yerləşən qədim paytaxtı Sian şəhərinin zəngin tarixi və mədəniyyətindən, “Tarixi qeydlər” və “Şui Cin Çju”nun qədim salnamələrində Sin Şi Xuandi məzarlıq kompleksinin təsvirindən, qədim Çin ordusunun nadir sənət nümunələri olan terrakota döyüşçülərinin fiqurlarının bədii xüsusiyyətlərindən danışıblar.

Sonda iştirakçılar “Terrakota Ordusu. Çinin ölməz döyüşçüləri” virtual sərgisi ilə tanış olublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 May 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri