Icma.az
close
up
RU
DİM in yeni ödənişli sistemi Kasıb təbəqə oxumasın?

DİM in yeni ödənişli sistemi Kasıb təbəqə oxumasın?

Icma.az, Tribuna saytına istinadən bildirir.

Dövlət İmtahan Mərkəzi artıq hər ay peşə testlərini ictimaiyyət üçün açıq şəkildə təqdim edir. Məqsəd abituriyentlərin və şagirdlərin öz maraq və qabiliyyətlərinə uyğun ixtisas seçimini dəstəkləməkdir.

DİM-in sədri Məleykə Abbaszadənin sözlərinə görə, bu testlər hazırda oflayn və pulsuz şəkildə keçirilir, lakin yaxın vaxtlarda onlayn versiyası ödənişli olacaq. Onun fikrincə, testlər diaqnostik xarakter daşıyır və abituriyentlərə düzgün istiqamət seçimi üçün elmi əsaslı nəticələr təqdim edir.

Onlayn testlərin ödənişli olması sosial ədalət prinsipinə zidd deyilmi? Aşağı gəlirli ailələrin uşaqları üçün bu, əlavə baryer yarada bilərmi?

Mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib: “ilk növbədə qeyd edim ki, Dövlət İmtahan Mərkəzinin hər ay peşə testlərini ictimaiyyətə açıq şəkildə təqdim etməsi təhsildə elmi əsaslı yönləndirmə sisteminin formalaşması baxımından strateji yenilikdir”.

K. Əsədov un sözlərinə görə, bu addım gənclərin yalnız balla yox, həm də maraq, qabiliyyət və psixoloji uyğunluq əsasında ixtisas seçməsini təmin edir. Təhlil göstərir ki, bu təşəbbüs həm dövlətin təhsil siyasətinin şəffaflıq və ədalət prinsiplərini gücləndirir, həm də Elm və Təhsil Nazirliyinin son illər həyata keçirdiyi peşə yönümlü təhsil strategiyasının mühüm tərkib hissəsinə çevrilir.

İxtisas seçiminə toxunan ekspert deyib:

“Nazirliyin 2023-cü il hesabatına əsasən, Azərbaycanda 11-ci sinif məzunlarının yalnız 38 faizi seçdiyi ixtisasdan razıdır, 27 faizi isə ali məktəbi bitirdikdən sonra tamamilə başqa sahədə işləməyə başlayır. Bu, peşə və ixtisas seçiminin şüurlu şəkildə aparılmadığını sübut edir. DİM-in testləri məhz bu boşluğu aradan qaldırmağa yönəlib”.

Onlayn, testlərin ödənişli formaya keçməsi, barədə danışan Kamran Əsədov vurğulayıb:

“Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5-ci maddəsində qeyd olunur ki, dövlət təhsil sistemində “bərabər imkanlar və təhsilin əlçatanlığını” təmin etməlidir. Həmçinin 6-cı maddəyə əsasən, təhsil sistemi “şəxsin maraq və qabiliyyətlərinə uyğun inkişafını” dəstəkləməlidir. Bu testlər bu qanun müddəalarının praktik tətbiqi baxımından mühüm vasitədir, çünki şagirdlərə öz potensiallarını qiymətləndirmək imkanı yaradır. Lakin eyni zamanda, onlayn versiyanın ödənişli olacağı açıqlaması sosial ədalət baxımından ciddi müzakirə doğurur. Çünki Dövlət Statistika Komitəsinin 2024-cü il məlumatına görə, ölkə üzrə ailələrin 23 faizi aylıq gəlirin 400 manatdan aşağı olduğu sosial qrupda yer alır. Belə ailələr üçün hətta 5–10 manatlıq ödəniş də maneə yarada bilər. Təhsildə bərabər imkanların qorunması prinsipinə əsasən, bu testlərin tam və ya qismən dövlət tərəfindən subsidiya olunması məqsədəuyğundur”.

“Elm və Təhsil Nazirliyinin bu təşəbbüsü bütövlükdə müsbət qiymətləndirilməlidir. Nazirlik son illər “Peşə Təhsili üzrə Dövlət Strategiyası 2025”, “Təhsil Strategiyası 2030” kimi sənədlərlə gənclərin bacarıq əsaslı yönləndirilməsini prioritet elan edib. Bu testlər həmin istiqamətin real icra mexanizmi kimi çıxış edir. Xüsusilə DİM-in bu prosesi tam şəffaf, elmi əsaslı və psixometrik meyarlara söykənən şəkildə həyata keçirməsi təhsildə etimad mühitini gücləndirir. Hazırda hər ay orta hesabla 18 min şagird və abituriyent bu testlərdə iştirak edir və nəticələr onlara peşə seçimində fərdi tövsiyələr şəklində təqdim olunur. Bu, həm də valideynlərə övladlarının meyillərini düzgün yönləndirməkdə kömək edir”.

Bu proseslərdə dünya modelini nümunə gətirən ekspert deyib:

“Dünya təcrübəsi göstərir ki, inkişaf etmiş ölkələrdə belə testlər təhsil sisteminin ayrılmaz hissəsidir. Finlandiyada “StudyInfo” adlı dövlət platforması vasitəsilə bütün şagirdlərə pulsuz psixometrik testlər təqdim olunur və nəticələr avtomatik olaraq ixtisas yönümlü təkliflərə çevrilir. Cənubi Koreyada “CareerNet” platforması bu sistemi 2005-ci ildən dövlət səviyyəsində tətbiq edir və hər il 1,5 milyon məktəbli bu testlərdən pulsuz istifadə edir. ABŞ-da kommersiya testləri olsa da, dövlət məktəblərində “Career Assessment” proqramları tamamilə pulsuzdur və təhsil büdcəsi hesabına maliyyələşdirilir. Bu ölkələrin təcrübəsi göstərir ki, belə testlərin məqsədi gəlir əldə etmək deyil, əmək bazarına uyğun ixtisaslı kadr hazırlığına elmi dəstək verməkdir”.

“Azərbaycanda isə bu sistemin tətbiqi həm DİM, həm də Elm və Təhsil Nazirliyinin innovativ yanaşmasının göstəricisidir. Ödənişli modelin tətbiqi anlaşılandır – server və texniki xərclərin qarşılanması üçün alternativ maliyyə mənbəyi lazımdır. Lakin sosial bərabərlik üçün diferensial mexanizm vacibdir. Məsələn, aşağı gəlirli ailələrin övladlarına, şəhid və qazi ailələrinə, ucqar bölgələrdə yaşayan şagirdlərə bu testlər pulsuz təqdim edilə bilər. Bu, sosial ədalət prinsipinin qorunmasını təmin etməklə yanaşı, sistemin davamlılığını da təmin edər”.

“Peşə testlərinin tətbiqi həmçinin gələcəkdə ali təhsil müəssisələrinə qəbulda strateji dəyişikliklərə gətirib çıxara bilər. Çünki nəticələr əsasında tələbələrin ixtisas seçimi daha əsaslandırılmış olacaq, ixtisasdan narazı məzunların faizi azalacaq, əmək bazarına uyğun peşə uyğunluğu yüksələcək. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə ardıcıl yanaşması – yəni ixtisas seçimini fərdi meyarlara əsaslandırmaq cəhdi – ölkənin kadr potensialının səmərəliliyini artıracaq”.

Ekspert sonda qeyd edib:

“Hesab edirəm ki, DİM-in peşə testlərinin ictimaiyyətə təqdim edilməsi təhsildə strateji dəyişiklik yaradır. Bu, gənclərin özünü tanımasına, düzgün peşə seçiminə, təhsil sisteminin sosial və psixoloji əsaslarının möhkəmlənməsinə xidmət edir. Ödənişli modelin tətbiqi isə yalnız bərabərlik prinsipi qorunduğu halda məntiqli sayılmalıdır. Əks halda, bu sistem sosial fərqləri dərinləşdirə bilər. Lakin ümumilikdə, Elm və Təhsil Nazirliyinin bu təşəbbüsü Azərbaycanın təhsil tarixində yeni mərhələdir – çünki ilk dəfə peşə yönümlü qərarların elmi və psixometrik əsaslar üzərində qurulması istiqamətində real addım atılıb. Bu, həm dövlət siyasətinin dayanıqlılığını, həm də gənclərin gələcək həyat keyfiyyətini yüksəldəcək”.

Dəniz Pənahova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 24 Oktyabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri