Icma.az
close
up
RU
Dində hansı rituallar var? Hansılar cəhalətdir? İlahiyyatçı açıqladı

Dində hansı rituallar var? Hansılar cəhalətdir? İlahiyyatçı açıqladı

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rituallara münasibət insanlar arasında fərqli yanaşmalara səbəb olur. Bəziləri bu adətlərin insan həyatında mühüm rol oynadığını və mənəvi güc verdiyini düşünür, digərləri isə onları sadəcə ənənəvi vərdiş və ya təsadüfi hərəkətlər kimi qiymətləndirir.

İlahiyyatçı Tural İrfan AZXEBER.COM-a açıqlamasında bildirib ki, dinlərdə bir çox məşhur rituallar var:

"Ancaq bunların çoxu sonradan əlavə edilən, çox hallarda da xurafatçılıqdan qaynaqlanan əməllərdir. Sağlam dində isə ağılla qəbul edilən, insan yaşamına zidd olmayan rituallar var. Məsələn, İslamda namaz, oruc, həcc kimi ibadətləri bu dinin ritualları hesab etmək olar. Sonradan dinə əlavə olunan rituallar İslam hüququnda "bidət" adlanır. İslama görə qəbir ziyarəti zamanı sadəcə ölü üçün dua və bağışlanma istəmək var. Amma sonradan bunu böyük rituallarla "zənginləşdiriblər"”.

 

Ekspert deyib ki, qəbri yeddi dəfə təvaf etmək, bəzən sürünərək daxil olub arxa-arxaya çıxmaq, divara qənd yapışdırmaq, əski bağlamaq kimi əməllər xurafat nümunələridir:

"Amma dinin sağlam ritualları insan mənəviyyatı, əxlaqı, sosial həyatı üçün əhəmiyyətlidir. Müqəddəs Quranda Allah təala Muhəmməd Peyğəmbərə buyurur: "Bəndələrim səndən mənim barəmdə soruşsalar, mən onlara yaxınam, mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da mənim çağırışımı qəbul edib mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər" (əl-Bəqərə, 186); Habelə digər surədə yenə buyurulur: "Rəbbiniz dedi: "Mənə dua edin, Mən də sizə cavab verim." (Ğafir surəsi)”. İslamda Allaha birbaşa dua etmək uyğun görülür. Dua etmək üçün xüsusi yer seçmək, çətin vasitələr və qoşqular əlavə etməyə ehtiyac yoxdur. Bəndə birbaşa Rəbbi ilə təmasa keçə bilər”.

T.İrfan vurğulayıb ki, ölkəmizdə keçmiş inanclardan qalma bəzi rituallar da yaşamaqdadır:

"Əslində, bayramda tonqaldan atlanmaq da bir ritualdır. Çünki inanılır ki, od günahları yandırır. Bəzən gecələr oyaq qalıb "dan atırlar". İnanılır ki, həmin gecə niyyətlər qəbul olunur. Bunun qarşılığı isə İslamda Qədr gecəsidir. Bəzi dinlərdə müxtəlif vasitələrlə xüsusi ayinlər keçirmək, rituallar icra etmək var. Ola bilsin bu inancların içində əsaslı olanı da var. Elə rituallar var ki, insanlara psixoloji cəhətdən müsbət təsir edir. Onu icra edəndə yüngüllük tapırlar. Bəziləri yoqa ilə məşğul olur. Bu da əslində qədim Çində yaranan, fəlsəfi əsasları olan ritualdır. Qola qara bağlamaq, müxtəlif işarələrə inanmaq əsassızdır. Ruhları, cinləri dəvət etmək yaxud insanları buna inandırmaq günah və dinə müxalifdir. Dində olmayan bəzi rituallar insan sağlamlığına, psixologiyasına mənfi təsir də elə bilər”.

Şahanə Ziyad

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 26 Sentyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri