Icma.az
close
up
RU
Doğmalarımızla münasibətlər xəstəliklərə səbəb olur. Psixoterapevtdən maraqlı izah

Doğmalarımızla münasibətlər xəstəliklərə səbəb olur. Psixoterapevtdən maraqlı izah

Icma.az, Saglamolun saytına istinadən bildirir.

"Əgər insanın səsi tutulubsa, deməli, nəsə vacib sözü olub, demək istəyib, amma ya qorxub, ya da imkan verməyiblər və nəticədə özünü blok prosesi işə düşüb və səsi batıb".

Məşhur Belarus psixoterapevti İnessa Qriqoryeva insanlardakı xəstəliklərin əksəriyyətinin psixoloji  səbəblərindən danışıb.

Medicina.az-a istinadən həkimin müsahibəsinin oxucular üçün də maraqlı olacağını nəzərə alaraq, Azərbaycan dilində təqdim edir:

- Doktor, bu gün pasiyentlərin neçə faizində psixosomatik xəstəliklər qeydə alınır?

- Dünya səhiyyə təşkilatının statistikasına görə, 40 faiz pasiyentlərdə somatik xəstəliklərdir ki, onlar yanlış olaraq terapevtə müraciət edir. Terapevt şikayətləri dinləyir, protokollara uyğun müalicəsini yazır, hər halda xəstənin hansısa şikayətləri olur. Xəstə gedir, bir az düzəlir, 1 ildən sonra yenə həmin simptomlarla qayıdır. Xəstə müalicələrin effektsizliyindən gileylənir, həkimləri dəyişir.

- Hansı xəstəliklər psixisomatik qrupa daxil olunub?

- Məşhur 7-lik var: arterial hipertenziya, bronxial astma, mədə bağırsaq kolit və xoraları, neyrodermit, ürəyin işemiyası, qalxanabənzər vəzin hormonal pozğunluğu. Son illər bu siyahıya allergiya, bulimiya, anoreksiya və bir sıra onkoloji xəstəlikləri də daxil ediblər. Hazırda psixoonkologiya adlı termin də yaranıb.

- Əgər terapevtin müalicəsi səmərə vermirsə, o, nə etməlidir?

- Xəstəni psixoterapevtə yönləndirməlidir. Xüsusi sorğu testləri, şkalalar var ki, pasiyent  doldurur. Bu testlərə əsasən terapevt bilməlidir ki, xəstə psixoterapevtik müalicə də almalıdır.

- O zaman xəstələrin çoxu psixosomatikdir.

- Bəli, psixosomatik olmayan çox az fakt var. Mənim doktorluq işim qalxanabənzər vəzinin xərçəngi olan xəstələrin psixoterapiyası ilə bağlı idi. O vaxt hesab edirdilər ki, bu xəstəlik radiasiya ilə bağlıdır. Bəs nəyə görə eyni ərazidə yaşayan insanların hamısında bu xəstəlik yaranmadı? Qalxanabənzər vəz - orqanizmdə stres və həyəcana birinci reaksiya verən orqandır. O, qalxandır, qoruyucudur. Əgər onun stresə gücü çatdısa, orqanizmi qalxan kimi qoruyacaq, əgər gücü yetməsə, deməli orqanın funksiyası pozulur. İnsanda xəstəliklər başlayır.

- İnsanlar başağrılarından daha çox şikayətlənir. Onun psixosomatik səbəbləri hansılardır?

- Xroniki baş ağrısından əziyyət çəkən pasiyentlərdən başın nədən sonra, günün hansı saatlarında tutduğunu soruşanda dəqiq cavabları olmur. Elə səhər yuxudan oyanan kimi ağrıyır. Belə olmur. Beyin, kəllə müayinələri də pozulma göstəmir. Bir pasiyentin üzərində işləyərkən məlum oldu ki, uşaqlıqda aldığı psixoloji travmadan sonra başı ağrımağa başlayıb. Atası onu adam arasında tənbeh edib. Bir müddət sonra baş ağrısı dayanıb. İllər sonra işdə iclasda rəhbərliyin tənqidi zamanı dəhşətli başağrıları başlayıb və bu dəfə ağrı ondan əl çəkməyib. Səbəb: uşaqlıqdakı psixoloji travmanın təkrarlanması, val kimi təzədən işə düşməsi və insanın bunu xatırlaması. Bundan sonra həmin adam işdə, iclaslarda tez-tez baş ağrısı səbəbiylə özünü bəzi məsələlərdən uzaq tutub, bu ağrı ilə manipulyasiya etməyə başlayıb.

Bir qadın isə 10 il idi, əllərindəki ekzemadan əziyyət çəkirdi. Evdə qabları əri və uşaqları yuyurdu. Əlcəksiz iş görə bilmirdi. 5 seansdan sonra qadının əlləri düzəldi, sağaldı. Mən deyirəm: bax necə yaxşıdır, dərin tərtəmiz. Qadınsa sevinmək əvəzinə bunu dedi: əllərim hə, düzəldi. İndi evləri, qabları, paltarları mən yumalıyam? O zaman anladım ki, qadın xroniki ağrı və yarasından öz mənafeyi üçün istifadə etməyə alışıbmış və evdəkilərin diqqətini saxlamaq vasitəsindən məhrum olduğuna görə sevinmirdi.

- O zaman "bütün xəstəliklər əsəbdəndir" deyimi doğru imiş.

- Bəli. Orqanizmdə hər şey əlaqələdir. Sənin barmağın əziləndə, onun ağrısı beyinə gedir. Necə ki, xəstəliklərin kökü psixi proseslər ola bilər, bir sıra psixoloji problemlərin də kökü hansısa bədən fəsadlarında gizlənə bilər. İpoxondrik pozğunluq var: onlar əmindir ki, xəstədirlər, ağrıyırlar, hətta özlərinə diaqnoz da qoyurlar. Bütün günü həkim, dərman, müalicə axtarışındadırlar. Belə pasiyentə başa salırıq ki, heç bir fiziloloji pozuntu yoxdur, bu xəstəliklərin arxasında xəstə olmaq arzusu dayanır. Belə adamlar ailədə diqqət, qayğı görməyən "sevgiyə ac adamlar"dır. Həkimə gəlib, yoxlanmaq, qayğı, nəvaziş görmək onların xoşuna gəlir, sakitləşdirir. Yalnız həkimdə onlar uşaqlıqdan daxildə gizlətdikləri diqqət çatışmazlığı aclığını doydururlar. Psixoloq, psixoterapevtə də insanlar yaxşı ata-ana diqqəti görmədiklərindən gəlirlər. Psixoloq diqqətlidir, qulaq asır, başa salır, qayğı göstərir. Bu, xaricən böyük, lakin daxilən küskün uşaq qalan insanın psixoloq simasında özünə ata-ana axtarışıdır.

- İnsan ömrü boyu daim hardasa kimdənsə küsür, qırılır, istədiyi münasibəti görmür. Deməli, kimlərsə bizi incitdiyi üçün biz xəstələnirik?

- Əgər insanın doğmaları ilə keçmişdə yaşanan problemləri, həll olunmayan situasiyaları varsa, onun onurğası, beli ağrıya bilər. Əgər onurğanın aşağısı, büzdüm ağrıyırsa, bu, baba-nənə ilə bağlı, əgər bel ağrıyırsa, ata-ana, əgər döş qəfəsi nahiyəsi ağrıyırsa, qarşı tərəf və şəxsi münasibətlərlə bağlıdır.

Əgər insanın gözləri zəifləyibsə, dizləri ağrıyırsa, ayaqları ağırlaşıbsa, deməli, o, gələcəyi ilə bağlı müsbət tərəf görmür və hazırda çıxılmaz vəziyyətdədir.

Əgər səsi tutulubsa, deməli, nəsə vacib sözünü demək istəyib, ya qorxub, ya da imkan verməyiblər və nəticədə özünü blok prosesi işə düşüb.

Mədə-bağırsaq xorasında insan özünü daxildən yeyir, fikir onu parçalayır, özünü günahkar sayır. Əgər yuxusu gəlmirsə, deməli işlərini düzgün etməmək və tamamlamamaq xofu var, həyatında nəsə istədiyi kimi getmir.

- Belə vəziyyətlərdə insan özü özünə kömək edə bilərmi?

- Əgər hər şey təzə başlayıbsa, dərin və köhnə deyilsə, olar. Amma həmin ərəfə qaçırılıbsa, bloklar çoxdan qoyulubsa, burda insanın gücü, biliyi yetməz. Peşəkar mütəxəssis lazımdır. Bəzən pasiyentlər istəyir ki, 2-3 seansa sağalsınlar. Səbrləri olmur. Amma psixoterapevtik seanslar 10-15 dəfə də ola bilər. Peşəkar həkim vəziyyəti düzgün dəyərləndirib, pasiyent belə istəyir deyə az seansa çox nəticə vəd verməz.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri