Icma.az
close
up
RU
“Doğrudanmı siyasətdə əxlaq yoxdur?”

“Doğrudanmı siyasətdə əxlaq yoxdur?”

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Dizel yanacağı məsələsində dünənki Tramp-Putin sövdələşməsi ABŞ prezidenti üçün əxlaqsızlıq, siyasi ləyaqətsizlik və Ukraynanı açıq şəkildə Rusiyaya satmaqdır. ABŞ-nin Rusiyadan dizel yanacağı alması işğalçı Putinə birbaşa dəstək verməkdir. Trampın bu addımı müharibəni dayandırmağa yox, onu uzatmağa yatırılan sərmayədir, ABŞ-nin dövlət imicinə ciddi zərbədir, biabırçılıqdır”. 

Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Qulu Məhərrəmli deyib. 

O, bildirib ki, müharibənin Öyrənilməsi İnstitutunun (ISW) qiymətləndirməsinə görə, Rusiya ABŞ ilə dizel razılaşması müqabilində Ukrayna ilə bağlı heç bir güzəşt təklif etməyib:

“Əksinə, satışdan gələn əlavə gəlirlər Kremlə Ukraynaya qarşı müharibəni maliyyələşdirməyə davam etmək imkanı verə bilər.D.Tramp özü dizel razılaşmasını "olduqca mühüm" adlandırır, amma dünya mediası (Reuters, Associated Press, CNN, The Guardian, Axios) — Putinlə dünənki sövdələşməni tənqidi planda təhlil edir və bunu Ağ Ev üçün son dərəcə xoşagəlməz, iqtisadi effekti şübhəli olan addım kimiReuters açıq şəkildə bildirir ki, Rusiya bu sövdələşmədən milyardlarla dollar gətirə bilər ki, bu da Putinə müharibəni davam etdirməyə kömək edəcək. CNN "Pickering Energy Partners" şirkətinin rəhbəri Den Pikerinqin sözlərini sitat gətirir: "Əsas məsələ odur ki, bu faydalıdır, lakin qlobal dizel bazarındakı vəziyyəti əhəmiyyətli dərəcədə dəyişməyəcək". Və əlavə edir: "Trampın həcmləri barellə deyil, tonla qeyd etməsinin bir səbəbi var. Tonla ifadə olunan miqdar sıravi müşahidəçiyə daha çox görünür. Burada real dəyişikliklərdən çox siyasət var".

Q.Məhərrəmli deyib ki, Associated Press baş verənləri "Titanik"də şezlonqların yerini dəyişməyə" bənzədən analitik Maykl Linçdən sitat gətirir:

“Linç izah edir: "Əgər biz dizeli Rusiyadan alsaq, bu, mahiyyətcə o deməkdir ki, Rusiya yanacağının hazırkı alıcıları onu ala bilməyəcək. Onlar yanacağı başqa yerdə axtarmalı olacaqlar və nəticədə qiymət təxminən indiki səviyyədə qalacaq".The Guardian bu razılaşmanı ABŞ siyasətində kəskin dönüş adlandırır və bunun Kremlin üzərinə illərlə edilən Qərb təzyiqinin üstündən xətt çəkdiyini vurğulayır. Qəzet xüsusilə çirkin bir məqama diqqət çəkir: Tramp ABŞ və İsrailin İranla müharibəsi nəticəsində yaranan enerji böhranının fəsadlarını Rusiyaya qarşı sanksiyaları zəiflətmək hesabına aradan qaldırmağa çalışır.Axios isə Ukrayna prezienti V.Zelenskinin tənqid və qınaq dolu müsahibəsini dərc edib. O, razılaşmanı "Putinin ad gününə hədiyyə" və ümumən " "dəhşət" adlandırıb və əlavə edib.V.Zelenski X (Twitter) hesabında fikrini daha aydın ifadə edib: "Rusiyaya qarşı sanksiyaların hər hansı şəkildə zəiflədilməsi zəifliyin bariz təzahürüdür. Bu, Rusiyanın xeyrinə işləyir, ona daha çox insanı öldürməyə, müharibəni daha uzun müddət aparmağa, Amerikaya daha az hörmət etməyə və dünyaya daha böyük itkilər və zərər vurmağa şərait yaradır".Trampın qərarına qarşı amerikalı qanunvericilər də çıxış ediblər. Demokrat senatorlar bunu Ukraynaya, avropalı müttəfiqlərə və ABŞ-nin milli təhlükəsizliyinə xəyanət adlandırıblar. Onların tələbi son dərəcə konkretdir: "Prezident Rusiyanın hərbi maşınını maliyyələşdirmək əvəzinə İranla müharibəsini dayandırmalıdır". Respublikaçı Don Bekon bəyan edib: "Diktator dinc ukraynalılara zərbələr endirməyə və onları öldürməyə davam etdiyi bir vaxtda ona əlavə pul verərək mükafatlandırmaq yox, məhz indi bu sanksiyalardan Putinin hərbi maşınına təzyiq göstərmək üçün istifadə etmək vaxtıdır".Bütün bunlar ABŞ Konqresinə aralıq seçkilərə bir aydan da az vaxt qalmış, yanacağın rekord qiymətlərinin respublikaçıların səs itirməsi ilə hədələdiyi bir vaxtda baş verir.Yekun son dərəcə riyakar alınır: Tramp əvvəlcə İrandakı avantürası ilə qlobal enerji böhranı yaratdı, indi isə hərbi təcavüzkarla sövdələşmə hesabına öz siyasi uğursuzluğunu xilas etməyə çalışır. Üstəlik, bu sövdələşmə amerikalıları baha yanacaqdan çətin ki xilas etsin, lakin Rusiyaya müharibəni davam etdirmək üçün pul qazanmağa imkan verəcək”.

Vasif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://adalet.az
archiveBu xəbər 12 Oktyabr 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1022

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see517

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see420

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see327

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see325

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see303

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see229

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see225

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see217

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see214

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see213

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see210

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see205

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see205

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see198

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see191

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see183

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see173

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see173

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri