Icma.az
close
up
RU
Doktor Bharat Thakur: Azərbaycanda hiss etdiyim enerji çox yaradıcıdır MÜSAHİBƏ

Doktor Bharat Thakur: Azərbaycanda hiss etdiyim enerji çox yaradıcıdır MÜSAHİBƏ

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 8 may, Anara Axundova, AZƏRTAC

Bu günlərdə Azərbaycanda II Beynəlxalq Yoqa Festivalı – “Nine Senses Fest – 2025” başa çatıb. Festival Heydər Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses” İncəsənət Mərkəzinin təsisçisi, Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilib.

Üç gün ərzində festivalın keçirildiyi məkanlarda müxtəlif istiqamətlər üzrə mühazirələr və seminarlar keçirilib. “Nine Senses Fest – 2025”də həm yerli, həm də tədbir üçün xüsusi olaraq Azərbaycana gələn xarici qonaqlar iştirak ediblər.

AZƏRTAC-ın müxbiri II Beynəlxalq Yoqa Festivalının iştirakçısı, müxtəlif ənənələrdə dərin biliyə malik yoqa ustası, rəssam, humanist, mənəvi təlimçi və meditasiya ustası doktor Bharat Thakur ilə söhbət edib.

- Azərbaycanda özünü necə hiss edirsiniz?

- Azərbaycana əvvəllər də səfər etmişəm, altı il öncə burada olmuşam. Çox gözəl ölkədir, mən tez-tez səyahət edirəm və bunu əminliklə deyə bilərəm. İçərişəhər mənim ən çox sevdiyim məkandır. Bakıda olsam, hər gün orada gəzərəm. Mən Azərbaycan kəndlərində də olmuşam, onlar inanılmaz dərəcədə gözəldir!

- Sizcə, Azərbaycan torpağının hər hansı xüsusi enerjisi varmı?

- Enerji dedikdə, onun müxtəlif formalarda olduğunu anlamaq lazımdır. Adətən dünyadakı enerji qarışdırılır: çox vaxt yaradılış və məhvetmə enerjisi eyni sikkənin iki üzü olur. Azərbaycanda hiss etdiyim enerji çox yaradıcıdır. Mən çox ilham alıram: burada olduğum müddətdə rəsm çəkmək istəyirəm, hər dəfə şeir yazıram. Beləliklə, burada enerji çox müsbətdir!

- Bu il məxsusi olaraq yoqa festivalına gəldiniz. Təəssüratınız necədir? Sizcə, belə festivalların keçirilməsi niyə vacibdir?

- Belə festivalların keçirilməsi gözəl təşəbbüsdür. Düşünürəm ki, bu, insanları müxtəlif təcrübələrlə tanış etməyin ən yaxşı yoludur. Bu qədər insanı bir yerdə görmək çox xoş idi. Mən onlara yemək hazırladım! Yemək bişirməyi çox sevirəm.

Belə festivallar ona görə vacibdir ki, ilk növbədə, onlar təkcə fiziki deyil, həm də ruhi sağlamlıqla bağlıdır. Ətrafda məlumatların çox olduğu bu günlərdə diqqətimiz dağınıqdır. Ruhumuz isə yavaş-yavaş enerjisini itirir, insanlar depressiyaya düşürlər... İnsanların xarici aləmlə əlaqə saxlaması çətinləşir. Yoqa kimi fiziki fəaliyyət insanları hərəkətə gətirir. Bədəninizi və zehninizi məşğul etsəniz, bu, sizi rəqəmsal dünyadan çox tez ayırar və bir insan kimi hissiyyat yoluna qaytarar.

Yoqa bütün dünyada niyə bu qədər populyarlaşıb?

- İstənilən fiziki fəaliyyət faydalıdır. Amma yoqa nəfəs, mudra, kriya və sairə kimi xüsusi komponentlərə malikdir. Öz-özünə təkamül məhz yoqa vasitəsilə baş verir. Bu növ təkamül üçün heç bir məhdudiyyət yoxdur - siz sonsuz inkişaf edə bilərsiniz. Eyni zamanda, yoqa bir din deyil, mənəvi təcrübədir. Din bizə nə etməməli olduğumuzu deyir. Ruhi təcrübə isə sizə nə edəcəyinizi söyləyir. Yoqa şəfadır: ağrınız varsa, o zaman müəyyən məşqlər edə bilərsiniz və bu, sizə kömək edəcək. Yaxud insanın daxili orqanlarında problemlər varsa, yoqa da şəfa verə bilər. Yoqa insanın öz daxilində apardığı bir tədqiqatdır. Dediyim kimi, yoqa həm bədənə, həm də zehnə təsir edir, eyni zamanda, müsbət əhvali-ruhiyyə, pozitiv düşüncə tərzi verir. Yoqa çox dərin təcrübədir, bu, qədim bilikdir. Artıq 10 min ildir ki, mövcuddur, yaxşı olmasaydı, onda yox olardı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri