Icma.az
close
up
RU
Donald Tramp Rusiyaya bu vədləri verib ki... ŞƏRH

Donald Tramp Rusiyaya bu vədləri verib ki... ŞƏRH

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Amerika Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin Ukraynada enerji və infrastruktur atəşkəsinə dair razılıq əldə ediblər.

Əldə edilən razılıqdan əsas gözləntilər nələrdir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Tural İsmayılov bildirdi ki, ABŞ-nin yeni administrasiyası Rusiya-Ukrayna müharibəsini bitirməyi qarşılarına məqsəd qoyduqlarını dəfələrlə bildiriblər:

"Hələ Tramp hakimiyyətə gəlməmişdən əvvəl onun Rusiya-Ukrayna müharibəsi ilə bağlı dəqiq və bəlli konturlar və hədəfləri mövcud idi. Bu baxımdan, Tramp və Putin arasındakı razılaşmaların Rusiya-Ukrayna müharibəsindəki gərginlik fazasını arxa plana keçirdəcək bir səviyyədə olduğunu düşünürəm. Eyni zamanda, ABŞ-Rusiya arasındakı razılaşmanın çox dərin konseptual halqaları da əhatə etdiyini fikirləşirəm. Böyük ehtimalla, Donald Tramp Rusiyaya bu vədləri verib ki, onun prezident kimi fəaliyyət göstərdiyi müddətdə NATO-nun Şərqə doğru genişlənməsində ABŞ tozmozlayıcı bir faktor olacaq. Bunun qarşılığında da Rusiyada Rusiya-ABŞ investisiyalarının Ukrayna minerallarını və faydalı qazıntılarını işlətməyə, istehlak və ixrac etməyə qarışmayacaq. Rusiya Amerikadan NATO-nun hərbi baxımdan Ukraynaya və Rusiya sərhədlərinə yaxınlaşmamaq vədini aldığını düşünürəm. Bu, elə kollektiv Qərblə Rusiya arasındakı narazılığın kökündə dayanan əsas faktorlardan biridir".

Politoloq qeyd etdi ki, Putinlə Tramp arasındakı razılaşma artıq çoxdan dağılmış olan Amerika Anqlo-Sakson klassik tandemini də aradan qaldırıb.

"Bu gün görürük ki, İngiltərə tamamilə Amerikadan fərqli bir siyasət ortaya qoyur. Eyni zamanda, Qərbi Avropa ölkələrinin mövqeləri də Tramp administrasiyasının mövqeləri ilə əsla üst-üstə düşmür. Hər halda, hesab edirəm ki, artıq Amerika ilə Rusiya arasında çox böyük razılıqlar əldə edilib", - deyə T.İsmayılov bildirdi.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Mart 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri