Donald Trampın oğlu kriptovalyutadan sərvət qazandı
Icma.az bildirir, Olke.az portalına istinadən.
Ölkə.az xəbər verir ki, bu barədə "Radar Online" nəşri məlumat yayıb.
Forbes jurnalının hesabatına görə, Berron Trampın sərvəti təxminən 150 milyon dollar qiymətləndirilir. Bildirilir ki, o, bu uğuru əsasən kriptovalyuta investisiyaları hesabına əldə edib.
Məlumata görə, məhz Berron 2024-cü ildə böyük qardaşları Donald Tramp Jr. və Erik Trampı World Liberty Financial adlı kriptovalyuta şirkətini yaratmağa təşviq edib.
Berronun:
Token satışlarından təxminən 80 milyon dollar qazandığı; Hazırda dəyəri 2,3 milyard dollar olan kilidlənmiş tokenlərə sahib olduğu bildirilir. Bu aktivlərin kilidi açıldıqdan sonra ona əlavə olaraq yüz milyonlarla dollar gəlir gətirə biləcəyi qeyd olunur.Mənbələrin sözlərinə görə, Berron atasından biznes bacarığını miras alıb, məqsədyönlüdür və ailəsinin uğurlarından kənarda öz izini qoymağa çalışır.
Məlumata əsasən, Berron Tramp sərvətinin həcminə görə anası, ABŞ-ın birinci xanımı Melaniya Trampı geridə qoyub. Melaniya Trampın sərvəti təxminən 70 milyon dollar qiymətləndirilir. Bu məbləğə kitab satışlarından, çıxışlardan, sənədli layihələrdən və öz memkoin layihəsindən əldə etdiyi gəlirlər daxildir.
Bununla belə, Berronun maliyyə uğurları ailənin başçısı Donald Trampın sərvəti ilə müqayisədə daha kiçik görünür. Hazırkı ABŞ prezidentinin sərvətinin təxminən 7,3 milyard dollar olduğu və bunun əhəmiyyətli hissəsinin də kriptovalyuta layihələrindən əldə edildiyi bildirilir.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 08 Avqust 2026 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















