Icma.az
close
up
RU
Donald Trampın tarifləri Yunanıstanın şaftalı məhsulunun ixracına təhlükə yaradır

Donald Trampın tarifləri Yunanıstanın şaftalı məhsulunun ixracına təhlükə yaradır

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 16 iyul, AZƏRTAC

İyul ayı Yunanıstanın şimalında şaftalı bağlarında məhsul yığımı vaxtıdır. Lakin ABŞ Prezidenti Donald Trampın Avropa məhsullarına 30 faiz rüsum elan etməsindən sonra builki məhsul qeyri-müəyyənliklə müşayiət olunur ki, bu da şərabdan tutmuş zeytun yağı və avtomobill sənayesinə qədər müxtəlif sənaye sahələrində sarsıntılara səbəb olub.

AZƏRTAC xəbər verir ki, Yunanıstan dünyanın ən böyük konservləşdirilmiş şaftalı ixracatçısıdır, bu məhsulun təxminən beşdəbiri Avropadan sonra ikinci ən böyük bazar olan ABŞ-a göndərilir.

Fermerlər və şaftalı yetişdirmə fabrikləri sahibləri narahatdırlar ki, təzə məhsullarını xaricə göndərməyə hazırlaşarkən, tariflər bu məhsullara olan tələbatı azaldacaq və onların uyğunlaşmaq və ya alternativ bazarlar tapmaq üçün vaxtı az olacaq. Bəzi digər mallardan kimi, şaftalıdan da ABŞ tərəfindən artıq 17 faiz idxal rüsumu tutulur. Yeni rüsumlar ümumi tarifləri 47 faizə qədər artıra bilər.

Yunanıstanın konservləşdirilmiş şaftalı və digər qablaşdırılmış məhsullarının ixracından illik dövriyyəsi 600 milyon avrodan çox təşkil edir ki, bunun da təxminən 120 milyon avrosu ABŞ bazarından gəlir.

ABŞ-a ixrac Yunanıstanın ümumi ixracının təxminən 4 faizini təşkil edir. Konservləşdirilmiş şaftalı və onlardan hazırlanmış məhsullar, zeytun və zeytun yağı ABŞ-a ixrac edilən üç əsas kənd təsərrüfatı məhsuludur və ölkəyə ildə təxminən yarım milyard avro gəlir gətirir.

Yunan Konserv Zavodları Assosiasiyasının rəhbəri Kostas Apostolounun sözlərinə görə, indiki vəziyyətdə yeganə alternativ Cənubi Amerikanın MERKOSUR ölkələrinə və ya Meksika və Hindistana ixracın diversifikasiya edilməsidir. O, Aİ-ni bu ölkələrlə ticarət sazişi imzalamağa çağırıb.

Aİ MERKOSUR ilə ticarət sazişini təsdiqləməyi planlaşdırırdı, lakin bəzi ölkələrin müqaviməti ilə üzləşib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyul 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see139

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see134

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri