Dondurma şirkətinin pulunu mənimsəyən satış təmsilçisinə hökm oxundu
Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Binəqədi Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Taleh Tahirovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, Taleh Tahirov 10 mart 2020-ci il tarixdən 17 yanvar 2024-cü il tarixədək Bakıda dondurma məhsullarının istehsalı və satışı ilə məşğul olan şirkətlərin birində satış təmsilçisi vəzifəsində işləyib. O, 01 aprel 2023-cü il tarixdən 23 sentyabr 2023-cü il tarixədək olan dövr ərzində həmin şirkətin ümumilikdə 11710,15 manat pulunu mənimsəyib.
İstintaq dövründə Taleh Tahirovun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.
Kamal Məmmədov

