Dövlət Departamenti: ABŞ üçün “yük” ola biləcək əcnəbilərin ölkəyə girişinə icazə verilməyəcək
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ 75 ölkənin vətəndaşları üçün Amerika vizası üzrə müraciətlərin icrasını müvəqqəti dayandırıb.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbər müavini Tommi Piqott açıqlama verib.
Məqsəd gələcəkdə ABŞ cəmiyyəti üçün sosial və iqtisadi yükə çevrilə biləcək şəxslərin ölkəyə buraxılmasının qarşısını almaqdır.
Onun sözlərinə görə, Dövlət Departamenti mövcud səlahiyyətlərindən istifadə edərək sonradan ABŞ üçün “yük” ola və sosial təminat sistemindən faydalana biləcək potensial immiqrantlara giriş hüququ verməyəcək.
“Dövlət Departamenti uzun müddətdir malik olduğu səlahiyyətlərdən istifadə edərək, Amerika xalqının səxavətindən sui-istifadə edəcək və ABŞ üçün yük olacaq potensial immiqrantlara giriş icazəsi verməyəcək”, – deyə Piqotr “Fox News” telekanalına bildirib.
O qeyd edib ki, adı çəkilən 75 ölkədən immiqrasiyanın müvəqqəti dayandırılması viza prosedurlarının yenidən qiymətləndirilməsi məqsədi daşıyır və gələcəkdə sosial müavinət və güzəştlərdən asılı vəziyyətə düşə biləcək xarici vətəndaşların ABŞ-a girişinin qarşısını almağa yönəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 14 Yanvar 2026 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















