Pakistan Azərbaycanın yük avtomobillərinin ölkəyə girişinə icazə verib AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
İslamabad, Hilal Əhməd, 17 yanvar, AZƏRTAC
Pakistan hökuməti tranzit və ikitərəfli ticarət yüklərini daşıyan Azərbaycanın qeydiyyatdan keçmiş avtomobillərinin ölkəyə daxil olmasına rəsmi icazə verib.
AZƏRTAC xəbər verir ki, Pakistanın Federal Gəlirlər Şurası Azərbaycan-Pakistan Tranzit Ticarət Sazişi çərçivəsində Azərbaycan-Pakistan Tranzit Ticarət Qaydaları ilə bağlı sərəncam verib.
Sərəncama əsasən, Azərbaycanın Kəraçi limanı, Məhəmməd Bin Qasim və Qvadar limanına və bu limanlar vasitəsilə digər ölkələrə idxal etdiyi yüklərin daşınması asanlaşacaq.
Bundan başqa, tranzit və ikitərəfli ticarət yüklərinin daşınması üçün istifadə olunan Azərbaycan dövlət qeydiyyatına alınmış, etibarlı icazələri olan avtonəqliyyat vasitələrinə nəqliyyat vasitəsindən tutulan rüsum və vergilər üçün heç bir maliyyə təminatı alınmayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 17 Yanvar 2025 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















